Xocavənddə daha 27 ailəyə evlərinin açarları təqdim olunub

Bu gün növbəti köç karvanı ilə Xocavənd şəhəri, Qırmızı Bazar qəsəbəsi və Xocavənd kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub. Xəbər Experti xəbər verir ki, yeni köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşyalardan və cisimlərdən uzaq durmaları, belə hallarla […]

Bakıda yağış yağacaq

Avqustun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 29-32° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi […]

Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın baş verib

Abşeron rayonu, Məmmədli kəndində yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının məntəqənin ərazisində yerləşən bir dam altında tikilmiş ümumi sahəsi 260kv.m. olan 8 boksdan ibarət avtomobil təmiri sexi və ehtiyat hissələri […]

ADSEA Zaqatalada sel sularına qarşı ağır texnikalar cəlb edib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən rayon ərazisindən axan dağ çaylarında sel və daşqın təhlükəsinin qarşısının alınması məqsədilə idarənin irihəcmli texnikaları vasitəsilə zəruri tədbirlər davam etdirilir. Bu barədə ADSEA-dan məlumat verilib. Bildirilib ki, hazırda Talaçayın sağ və sol sahillərində Yuxarı Tala, Aşağı Tala, Göyəm, Dardoqqaz, Höytala […]

Qvatemalada vulkan püskürdü, yüzlərlə insan təxliyə olundu 

Qvatemalada Fueqo vulkanının aktivləşməsi üzündən yüzlərlə insan təxliyə olunub. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, onlar təhlükəsiz ərazilərə yerləşdiriliblər. Fueqo vulkanı dünən səhər püskürməyə başlayıb. Axşama yaxın isə vəziyyət kəskinləşib və hökümət orqanları yaxınlıqdakı kəndlərin sakinlərini köçürmək məcburiyyətində qalıb. Kül buludu 6 km hündürlüyə kimi qalxıb. Lava isə dayanmadan yamacboyu kəndlərə doğru axır. […]

Füzulinin iki kəndində güclü yanğın başlayıb

Füzuli rayonunun Seyid Əhmədli və Molla Məhərrəmli kəndləri ərazisindəki açıq sahədə güclü yanğın qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Füzuli və Cəbrayıl rayonlarından olan yanğınsöndürmə qüvvələri cəlb olunub. Hazırda yanğının genişlənməsinin qarşısını almaq və söndürmək istiqamətində əməliyyatlar davam etdirilir. Yanğının başvermə səbəbi və dəymiş ziyanın həcmi aparılan araşdırmalardan sonra bəlli olacaq.

“Euronews” Azərbaycanın milli mətbəxindən bəhs edən reportaj hazırlayıb

Tanınmış “Euronews” telekanalı Azərbaycanın zəngin milli mətbəxinə, xüsusilə ölkənin ən məşhur ənənəvi xörəkləri olan düşbərə və gürzəyə həsr olunmuş reportaj yayımlayıb. Xəbər Experti xəbər verir ki, materialda bu yeməklərin Azərbaycan mətbəxində xüsusi yer tutduğu vurğulanır. Qeyd edilir ki, miniatür ölçüləri ilə seçilən düşbərə ət içliyi ilə hazırlanır və ənənəvi qaydada ətirli bulyonla süfrəyə verilir. Gürzə […]

“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Yeni mövsüm hazırlıqlarını davam etdirən “Qəbələ” və “Şamaxı” klubları yoxlama matçına çıxıb. Xəbər Experti xəbər verir ki, komandalar Qəbələ şəhər stadiounda üz-üzə gəliblər. Matç Şamaxı təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, “Şamaxı”nın heyətində Oruc Məmmədov dubl edib. “Qəbələ”nin yeganə qolunu isə Uboçioma Meşak vurub.

Türkiyəli jurnalistlər Ağdamda aparılan bərpa-quruculuq işləri ilə tanış olublar

Türkiyədən olan bir qrup media nümayəndəsi avqustun 4-də Qarabağa səfər çərçivəsində Ağdam şəhərində olub. Xəbər Experti xəbər verir ki, bu barədə məlumat Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyin “X” sosial şəbəkə hesabında paylaşılıb. Qeyd olunub ki, səfər çərçivəsində qonaqlar Ağdamda aparılan bərpa-quruculuq işləri və infrastruktur layihələri ilə yaxından tanış olublar. Daha əvvəl […]

“Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub

Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev” bədii filmini ölkə kinoteatrlarında bu günədək 200 mindən çox kinosevər izləyib. Xəbər Experti xəbər verir ki, bədii filmin bölümləri – “Tağıyev: Neft”, “Tağıyev: Çar”, “Tağıyev: Sona” və “Tağıyev: Məktəb” ölkənin aparıcı kinoteatrlarında bu müddət ərzindən geniş maraqla qarşılanan Azərbaycan filmi statusu əldə ediblər. Kinoteatrlar bununla bağlı rəsmi statistikanı açıqlayaraq […]