İnfantinonun gizli Superliqa planı üzə çıxdı

FİFA prezidenti Canni İnfantinonun Avropa Superliqasının FİFA Superliqası adı altında yenidən brendləşdirilməsi ilə bağlı gizli danışıqlar apardığı məlum olub. Xəbər Experti xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb. Bildirilib ki, tərəflər hələ 2020-ci ilin oktyabrında ilkin razılaşma layihəsi hazırlayıblar. Danışıqlar o qədər irəliləyib ki, ən azı 12 ili əhatə edəcək əməkdaşlıq və […]

Sabahın hava proqnozu açıqlanıb

Avqustun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 70-80 […]

“Nyukasl”ın yeni baş məşqçisi açıqlandı

“Nyukasl”ın yeni baş məşqçisi açıqlanıb. Xəbər Experti xəbər verir ki, komandanı Mattias Yayssle çalışdıracaq. Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. 38 yaşlı almaniyalı mütəxəssislə imzalanan sözləşmə 3 illikdir. Yayssle bu vəzifədə Eddi Haunu əvəzləyib.  Qeyd edək ki, Yaysslenin son iş yeri 2023-cü ildən çalışdırdığı “Əl-Əhli” (Səudiyyə Ərəbistanı) klubu olub. 

Dünya bazarlarında neft ucuzlaşır

ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin oktyabr müqaviləsinin dəyəri 0,33% azalaraq 1 barelə görə 79,19 ABŞ dolları təşkil edib. Xəbər Experti-nin məlumatına görə, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin sentyabr ayında ixrac etməklə “WTI” markalı neftin 1 barelinin qiyməti də 0,41% azalaraq 74,91 ABŞ dollarına bərabər olub.

Bakıda 24 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

Paytaxtın Təbriz küçəsində, metronun “Nəriman Nərimanov” stansiyasının ətrafında aparılan təmir işləri ilə əlaqədar 24 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Məlumata görə, təmir işləri yekunlaşanadək 24 nömrəli marşrutun son dayanacaq məntəqəsi Ağa Nemətulla küçəsində təyin edilib. “Marşrut üzrə avtobusların Bakıxanov qəsəbəsi istiqamətində hərəkəti Ağa Nemətulla, Fətəli […]

“Kəpəz” qapıçısını komandada saxladı

“Kəpəz” futbolçusu Elgün Bayramovla müqaviləni yeniləyib. Xəbər Experti xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Sarı-göylər” Elgün Bayramovla mövsümün sonuna kimi anlaşma imzalayıb.  Qeyd edək ki, 23 yaşlı qapıçı ötən mövsümdə 2 oyunda komandasının qapısını qoruyub.

FIFA U-15 Dünya Çempionatı və Festivalına və FIFA U-20 Dünya Çempionatına hazırlıq

Avqustun 5-də 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin iclası keçirilib. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 iyul tarixli Sərəncamı ilə FIFA U-15 Dünya Çempionatı və Festivalının təşkili məsələlərinin də həmin Təşkilat Komitəsinə həvalə edildiyi nəzərə alınaraq, iclasda əvvəlcə sözügedən tədbirə hazırlığın mövcud vəziyyəti və qarşıda […]

“Seuta hadisələri təsadüfi və ya spontan səbəblərdən qaynaqlanmır” – Mərakeş DİN

“Seuta və Melilya sərhəd-keçid məntəqələrində baş verən hadisələr qərəzli rəqəmsal məkanın istismarı və yanlış məlumatların yayılması da daxil olmaqla, bir-biri ilə əlaqəli amillərin nəticəsidir”.  Xəbər Experti xəbər verir ki, bu barədə Mərakeşin Daxili İşlər Nazirliyinin açıqlamasında vurğulanıb. Qeyd olunub ki, toplanmış və təhlil edilmiş müxtəlif məlumatlar göstərir ki, bu hadisələr təsadüfi və ya spontan səbəblərdən […]