Qvatemalada vulkan püskürdü, yüzlərlə insan təxliyə olundu
Qvatemalada Fueqo vulkanının aktivləşməsi üzündən yüzlərlə insan təxliyə olunub.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, onlar təhlükəsiz ərazilərə yerləşdiriliblər.
Fueqo vulkanı dünən səhər püskürməyə başlayıb. Axşama yaxın isə vəziyyət kəskinləşib və hökümət orqanları yaxınlıqdakı kəndlərin sakinlərini köçürmək məcburiyyətində qalıb.
Kül buludu 6 km hündürlüyə kimi qalxıb. Lava isə dayanmadan yamacboyu kəndlərə doğru axır. Bir çox sakinlər yaşayış yerlərini təxliyə qərarı çıxmamışdan tərk etdiyindən təhlükəsiz ərazilərə üz tutanların dəqiq sayı bilinmir.
Qeyd edək ki, dəniz səviyyəsindən 3763 metr yüksəklikdə yerləşən Fueqo Mərkəzi Amerikanın ən böyük vulkanıdır.










