Stadionun mərkəzinə ildırım düşdü – 1 futbolçu öldü, 9-u yaralandı

Taylandda keçirilən futbol üzrə “Golok FA Kuboku 2026″nın yarımfinal matçında faciə yaşanıb.  Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, matçın gedişində stadionun mərkəzinə ildırım düşüb. Nəticədə bir çox futbolçu huşunu itirib. Oyunçulara meydana daxil olan tibb qrupları tərəfindən ilk tibbi yardım göstərilib. Hadisədə “FC Yala” klubunun üzvü Sofvan Avae həyatını itirib, 9 futbolçu isə […]

“Cəbrayıl” və “Quba” futbol klublarının adları dəyişdirilib

I Liqada çıxış edən “Cəbrayıl”, II Liqanın iştirakçısı “Quba” futbol komandalarının adları dəyişdirilib. Peşəkar Futbol Liqasından verilən məlumata görə, “Cəbrayıl” yarışlarda “Gəncəbasar”, “Quba” isə “Hypers” adı altında mübarizə aparacaq. Hər iki klubun ad dəyişikliyi ilə bağlı bütün sənədləşmə işləri başa çatdırılıb və zəruri sənədlər Peşəkar Futbol Liqasına təqdim edilib. Qeyd edək ki, liqaların Əsasnaməsinin müvafiq […]

Dövlət qulluğuna qəbul imtahanının “İnformasiya texnologiyaları” fənni üzrə proqram yenilənib

Dövlət qulluğuna qəbul imtahanının “İnformasiya texnologiyaları” fənni üzrə proqram yenilənib. Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, yenilənmiş proqram 2026-cı ilin sentyabr ayından qüvvəyə minəcək. Bildirilib ki, proqrama “Microsoft Excel” proqram təminatının bəzi funksiyalarının praktik tətbiqinə dair mövzular daxil edilib. Dəyişikliklər dövlət qulluğuna, magistraturaya qəbul və ali təhsil pilləsi üzrə digər təyinatlı imtahanlarda tətbiq edilən “İnformatika” […]

Hindistanda yağışlar səbəbindən ölənlərin sayı 20-yə çatıb

Hindistanın cənub-qərbindəki Kerala əyalətində şiddətli yağışların yaratdığı daşqınlarda ölənlərin sayı 20-yə çatıb.  Xəbər Experti xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb. Bildirilib ki, axtarış-xilasetmə əməliyyatları davam edir. Şiddətli yağış və daşqınlardan təsirlənən 11500 nəfər ştatın müxtəlif yerlərində qurulmuş 16 sığınacaqda qalır. Kerala Baş naziri V. D.Satheesan sosial medai hesabında etdiyi paylaşımda fəlakət bölgəsinə […]

Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti məlum olub

Avqustun 6-da Abşeron çimərliklərində proqnozlaşdırılan hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 25-26, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacaq.

Ombudsman əlilliyi olan şəxslərin müraciətləri əsasında tövsiyələr hazırlayacaq

Ombudsman əlilliyi olan şəxslərin müraciətləri əsasında tövsiyələr hazırlayacaq. Bu barədə Ombudsman Aparatından məlumat verilib. Bildirilib ki, tövsiyələr Ombudsmanın müstəqil monitorinq qrupunun BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının həyata keçirilməsinin təşviqi üzrə həyata keçirdiyi onlayn ictimai sorğunun nəticələri əsasında hazırlanacaq. Sorğunun nəticələri əlilliyi olan şəxslərlə bağlı cins, yaş, yaşayış yeri, əlillik səbəbi, təhsil, məşğulluq, ailə […]

Şirvan kanalı bərpa edilib

Şirvan kanalının Göyçay rayonu ərazisindən keçən, sızma baş vermiş hissəsindəki bənd artıq bərpa edilib. Hazırda təmir-bərpa işləri tam yekunlaşdırılıb. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib. Qeyd olunub ki, Yevlax, Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında suyun verilişi bərpa olunub. Hacıqabul, Ağsu, Kürdəmir və Şamaxı rayonlarının isə su ilə təminatı sabah axşam saatlarınadək, […]

Səmada dəhşətli anlar – 14 nəfər yaralanıb

Taylandın Phuket adasından Yeni Dehliyə uçan “Air India” təyyarəsi şiddətli turbulentlik səbəbindən təxminən 92 metr hündürlük itkisi ilə üzləşib. Xəbər Experti “Hindustan Times” qəzetinə istinadən xəbər verir ki, hadisə nəticəsində 10 sərnişin və 4 heyət üzvü yaralanıb. “Air India” təyyarənin Yeni Dehlidəki İndira Qandi Beynəlxalq Hava Limanına təhlükəsiz şəkildə eniş etdiyini açıqlayıb. Hadisə ilə bağlı […]

“Azərbaycan Ermənistanla sülh prosesini əməli addımlarla sübut edib”

“Ermənistan-Azərbaycan sülh prosesi yalnız kağız üzərində yazılmış bəyanatdan ibarət deyil. Azərbaycan bunu əməli addımları ilə də sübut edib”. Xəbər Experti-nin məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin “Milliyət” qəzetinin əməkdaşı ilə söhbətində deyib. Hikmət Hacıyev bildirib ki, Ermənistanın Azərbaycana qarşı soyqırımı törətməsinə baxmayaraq, […]

“İran-Oman razılaşması Hörmüzün açılması demək deyil”

Oman və İran arasındakı razılaşma Hörmüz boğazının dərhal açılmasını nəzərdə tutmur. Xəbər Experti xəbər verir ki, bu barədə İranın rəsmi mediası mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, Hörmüz boğazının açılması ABŞ-dan və onun İrana qarşı təcavüzünə son qoymasından asılı olacaq. “İran və Oman arasında gəmilərin Hörmüzdən keçməsi ilə bağlı mümkün razılaşma boğazın dərhal açılacağı anlamına […]