Həsən Əliyev və Rövşən Əliyev küçələrində hərəkət məhdudlaşdırılacaq

Həsən Əliyev küçəsi – “Koroğlu” metrostansiyası yeni avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Həsən Əliyev və Rövşən Əliyev küçələrində aparılan yenidənqurma işləri ilə əlaqədar hərəkətin məhdudlaşdırılması zərurəti yaranıb. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, bununla əlaqədar, avqustun 7-si saat 00:00-dan etibarən işlər başa çatanadək Həsən Əliyev küçəsinin Aşıq Molla Cümə və […]

İtaliyada yanğınlar nəticəsində 70 min hektar ərazi kül olub

Bu yay İtaliyada meşə yanğınları nəticəsində təxminən 70 min hektar ərazi kül olub.  Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) hesabatında qeyd olunub. Bu rəqəm təxminən 100 min futbol meydançasına bərabərdir. Yanğınların təxminən üçdə biri qorunan ərazilərdə baş verib və son 20 ildə meşə yanğınları nəticəsində məhv […]

“Trabzonspor” Salahla müqavilə imzaladı

Misir millisinin hücumçusu Məhəmməd Salahın “Trabzonspor”a keçidi rəsmiləşib. Xəbər Experti xəbər verir ki, Türkiyə klubu bu barədə sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilib ki, 34 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Qeyd edək ki, Salah bu yay “Liverpul”dan ayrılıb. O, Mersisayd təmsilçisinin heyətində iki dəfə İngiltərə çempionu, UEFA Çempionlar Liqasının, Klublararası Dünya Çempionatının, İngiltərə […]

“Qardaş Azərbaycan Türkmənistanın Beynəlxalq Hüquq İli təşəbbüsünü dəstəkləyib” – Səfir

“Qardaş Azərbaycan Türkmənistanın 2028-ci ili Beynəlxalq Hüquq İli elan etmək təşəbbüsünü dəstəkləyən 78 ölkə arasındadır”. Xəbər Experti xəbər verir ki, bunu Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov BMT Baş Assambleyasının Türkmənistanın təşəbbüsü ilə 2028-ci ili Beynəlxalq Hüquq İli elan edən qətnamənin qəbulu ilə bağlı səfirlikdə keçirilən tədbirdə deyib. Səfir bildirib ki, Azərbaycan da daxil olmaqla, bu […]

Hindistanda daşqınlar – 6 gündə 26 ölü, 11 yaralı

Cənubi Hindistanın Kerala ştatında davam edən güclü yağışlar daşqın və torpaq sürüşmələri ilə nəticələnir. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, 1 avqustdan etibarən daşqın və torpaq sürüşmələrində 26 nəfər ölüb, 11 nəfər yaralanıb, 4 nəfər itkin düşüb. 27048 nəfər 462 sığınacağa yerləşdirilib. Həmçinin 1882 hektar kənd təsərrüfatı sahəsi ziyan görüb. Bir çox evin […]

ABŞ-də ailə faciəsi – silahlı hücumda üç ölü

ABŞ-də evdə silahlı insident yaşanıb.  Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, qanlı hadisə dünən səhər saat 8:00 radələrində Şimali Karolinanın Kasvel dairəsinin Prospekt Hill şəhərində baş verib. Eyni ailə üzvlərinin olduğu evdə baş verən silahlı atışmada üç nəfər ölüb, bir nəfər isə yaralanıb. Hakimiyyət orqanları ölənlərdən birinin hücumu həyata keçirən şübhəli olduğunu bildirib. […]

İncəsənət məktəblərinə işə qəbul üzrə imtahan keçiriləcək, 1350 namizəd qeydiyyatdan keçib

Mədəniyyət Nazirliyi sistemində incəsənət məktəb və mərkəzlərinə işə qəbul üzrə test imtahanı keçiriləcək. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, Dövlət İmtahan Mərkəzi avqustun 8-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavini, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət […]

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Avqustun 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tapança, 11 tüfəng, 5 patron darağı, 1 mərmi və 3 ədəd patron aşkar edərək götürüblər. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Kiyevdə Azərbaycan və Ukrayna xarici işlər nazirlərinin görüşü başlayıb

Kiyevdə Azərbaycan və Ukrayna xarici işlər nazirlərinin görüşü başlayıb. Xəbər Experti xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. Məlumata görə, Ceyhun Bayramov və Andriy Sibiha arasında təkbətək görüş keçirilir. xxx Kiyevdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın danışıqları başlayıb. 525.az Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir […]

Sibiha Qara dənizdə Azərbaycan vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı verib

Ukrayna xarici işlər naziri Andriy Sibiha Qara dənizdə hərbi əməliyyatlar zamanı Azərbaycan vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı verib. Xəbər Experti xəbər verir ki, Ukrayna xarici işlər naziri bu barədə Kiyevdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib. Nazir həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananlara isə şəfa diləyib.