Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

Ağdaş rayonunda nikah yaşına çatmayan şəxsin nişan mərasiminin keçirilməsinə cəhd zamanı çəkiliş aparan media nümayəndələri ilə mərasimi planlaşdıran şəxslər arasında yaranmış münaqişə polis tərəfindən araşdırılır. Xəbər Experti xəbər verir ki, hazırda hadisə ilə bağlı müvafiq ekspertizalar təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq həmin şəxslər barəsində məsuliyyət tədbirləri görüləcək.

Dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapılıb

Dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapılıb. Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iki gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə batan 2010-cu il təvəllüdlü Seyidəmirov Asiman Elaqif oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət […]

Cəlilabadda iki evin həyətyanı sahəsi yanıb

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib. Xəbər Experti-nin məlumatına görə, hadisə rayonun Dostallı kəndində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın nəticəsində kənd sakinlərinə məxsus iki həyətyanı sahədə quru otlar və bir tövlə yanıb. Kənd sakinləri bildiriblər ki, yanğın hadisəsi ərazidən keçən […]

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib. Bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qızmar isti hava şəraiti müşahidə olunur: “Belə havanın bazar günü də davam edəcəyi gözlənilir. Bu hava şəraitində, xüsusilə həftəsonları vətəndaşlar istirahət üçün kütləvi şəkildə su hövzələrinə üz tutur. Lakin təəssüflə […]

Azərbaycanda auditorlara fırıldaqçılığın aşkarlanması üsulları öyrədilib

Təzyiq, imkan və bəraət amillərinin eyni vaxtda mövcud olması fırıldaqçılığın başvermə ehtimalını artırır. Xəbər Experti xəbər verir ki, bu barədə Auditorlar Palatasında “Forenzik audit və risk əsaslı audit: fırıldaqçılıq sxemlərinin aşkarlanması və zərərin hesablanması” mövzusunda keçirilən ustad dərsində bildirilib. Qeyd olunub ki, forenzik audit fırıldaqçılıq, mənimsəmə, korrupsiya və digər maliyyə sui-istifadəsi hallarının aşkarlanması, sübut bazasının […]

Xocavənd rayonunda mina partlayışı baş verib

İşğaldan azad edilmiş Xocavənd rayonunun Qızılqaya kəndi ərazisində 2026-cı il 7 avqust tarixində mina partlayışı hadisəsi baş verib. Xəbər Experti xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Bildirilib ki, Qazax rayon sakini 1961-ci il təvəllüdlü Abbasov Elçin Telman oğlunun minalardan təmizlənməmiş ərazidə […]

Azərbaycan və ABŞ prezidentləri arasında telefon danışığı olub

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Xəbər Experti xəbər verir ki, bu barədə Azərrbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. Telefon söhbəti zamanı Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə məmnunluq ifadə olunub, Vaşinqton sülh zirvəsi və ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamənin və […]

İrandan Füzuliyə PUA vasitəsilə göndərilən narkotiki Bakıda satmaq istəyən şəxslər saxlanılıb

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Bu barədə DİN-dən məlumat verilib. Bildirilib ki, tədbir zamanı narkokuryerlik etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Sənan Mirzəyev və tanışı olan qadın saxlanılıb. Onlardan ümumilikdə 22 kiloqram 540 qram marixuana aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər […]

Bruno Gimaraeş rəsmən “Arsenal”da

“Arsenal” Braziliya millisinin və “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimaraeşin transferini rəsmiləşdirib. Xəbər Experti xəbər verir ki, London klubu 28 yaşlı futbolçunun keçidini açıqlayıb. Tərəflərin daha əvvəl 75 milyon funt-sterlinq (87,75 milyon avro) qarşılığında razılaşdığı bildirilirdi. Yarımmüdafiəçi ilə 2031-ci ilin yayına qədər müqavilə imzalanıb. Gimaraeş 2025/26 mövsümündə Premyer Liqada 29 oyunda 9 qol vurub və 5 məhsuldar […]

“Yuventus” “İnter”lə bacarmadı

“Yuventus” və “İnter” Avstraliyada yoldaşlıq görüşündə üz-üzə gəlib.  Xəbər Experti xəbər verir ki, qarşılaşma “İnter”in 2:1 hesablı qələbəsi ilə başa çatıb. 8 avqust Yoxlama oyunu  “Yuventus” – “İnter” – 1:2 Qollar: Konseysau, 85 – F.Dimarko, 20, E.Diuf, 64 Qeyd edək ki, ötən mövsüm “Yuventus” A Seriyasında 6-cı, “İnter” isə 1-ci yeri tutaraq İtaliya çempionu olub.