Metro xətlərinin ayrılması ilə bağlı əlavə ekspres xətlər yaradılacaq – AYNA

“Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsi çəçivəsində “28 May” və “Nizami” stansiyaları arasında birbaşa metro əlaqəsinin olmaması səbəbindən yaranacaq çətinliklər nəzərə alınaraq, yerüstü nəqliyyatda əlavə dəstəkləyici tədbirlərin təşkilinə dair qərar qəbul olunub. AYNA-dan bildirilib ki, qurum tərəfindən əlavə ekspres xətlərin yaradılması və mövcud xətlərin gücləndirilməsi ilə bağlı tədbirlər görülməsi nəzərdə tutulur. Layihənin icrasına başlanıldığı vaxtdan […]

Dövlət Komitəsi Xocalı sakininin iddialarına aydınlıq gətirib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Almalı kəndinə köçürülmə ilə bağlı sosial şəbəkədə yayılan videomüraciətə münasibət bildirib. Bu barədə Komitədən məlumat verilib. “Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidməti Laçın rayonundan məcburi köçkün, şəhid ailəsinin üzvü Orucova Ziba Malik qızının sosial şəbəkələrdə yayılmış video müraciəti ilə bağlı bildirir ki, vətəndaşın […]

ATƏT sədri İçərişəhərdə olub, ona qoruğun turizm potensialı barədə məlumat verilib

Azərbaycana rəsmi səfəri çərçivəsində İsveçrə Konfederasiyasının Vitse-prezidenti, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis İçərişəhəri ziyarət edib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumata görə, qonağı qurumun İdarə Heyətinin sədri Rüfət Mahmud və nümayəndə heyəti qarşılayıb. Ziyarət zamanı vitse-prezident Qız Qalası, Şirvanşahlar Saray Kompleksi və Sıratağlı dini-memarlıq kompleksi ilə tanış olub. Eyni zamanda ona İçərişəhərin zəngin […]

Heyvandarlıq təsərrüfatına dəymiş zərərə görə 9 min manat sığorta ödənişi edilib

Azərbayanda dövlət güzəşti ilə təqdim olunan sərfəli aqrar sığorta mexanizmindən faydalanan fermerlərin sayı artmaqdadır. Aqrar Sığorta Fondu heyvandarlıq təsərrüfatına inəklərin tələf olması üzrə sığorta ödənişi həyata keçirib. Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, Sumqayıt şəhərinin “Yaşıl dərə” adlanan ərazisində fəaliyyət göstərən “Qızıl Torpaq-Kəndli Fermer” MMC-nin heyvandarlıq təsərrüfatında 60-dan artıq “Holstein” və “Simmental” cinsli inək bəslənilir. Təsərrüfatda […]

“YAŞAT” Fondunun Londondakı yay məktəbi başa çatıb  

“YAŞAT” Fondunun təşkilatçılığı, bp-nin sponsorluğu, Azərbaycan Hava Yollarının tərəfdaşlığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda reallaşdırılan dördüncü “YAŞAT” yay məktəbi başa çatıb. Xəbər Experti xəbər verir ki, 19 iyul–2 avqust tarixini əhatə edən yay məktəbi London Universitet Kollecində (University College London – UCL) keçirilib.  Əsas məqsəd şəhid övladlarının dünyagörüşünü, dil biliklərini və bacarıqlarını artırmaq, mədəniyyət mübadiləsində […]

İtaliya miqrantların yerləşdirilməsi üçün Ermənistanı nəzərdən keçirir – KİV

İtaliya miqrantların yerləşdirilməsi mərkəzlərinin yaradıla biləcəyi ölkələr sırasında Ermənistanı da nəzərdən keçirir. Xəbər Experti xəbər verir ki, bu barədə ölkənin “Corriera Della Sera” nəşri yazıb. Nəşr qeyd edir ki, İtaliyanın Baş naziri Ciorcia Meloni Avropa İttifaqı səviyyəsində miqrasiya siyasətinin sərtləşdirilməsi təşəbbüsünü irəli aparmaq üçün bir sıra Avropa ölkəsinin dəstəyindən istifadə etmək niyyətindədir. 22 ölkənin imzaladığı […]

Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda

“Araz-Naxçıvan”ın sabiq legioneri Bernardo Oliveyra Ermənistanda çıxış edəcək. Xəbər Experti xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi Ermənistanın “Ararat Armenia” klubuna keçib.  Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Oliveyra hazırda Çempionlar Liqasında çıxış edən İrəvan təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. Qeyd edək ki, Oliveyra  2024/2025 mövsümündə “Araz-Naxçıvan”da oynayıb. Son mövsümdə isə o,  Anqolanın “Petro Luanda” […]

Avqustun 13-də Yerin qravitasiyasının yox olacağı barədə iddiaların elmi əsası yoxdur – BDU

Son günlər sosial şəbəkələrdə və bəzi internet resurslarında 2026-cı il avqustun 13-də Yerin qravitasiya qüvvəsinin 7 saniyəlik yox olacağı və insanların qısa müddət ərzində çəkisizlik vəziyyəti yaşayacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu barədə Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, Yerin cazibə qüvvəsi onun kütləsi ilə müəyyən olunur və Nyutonun […]

Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinə start verilir

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən avqustun 15-dən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılır. Tikinti işləri təxminən 10-11 ay davam edəcək və və bu müddət ərzində qatarlar “Nizami–28 May” arasında fəaliyyət göstərməyəcək. Bu barədə “Bakı Metropoliteni”ndən bildirilib. Layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Bakı şəhərində və […]

Bəzi rayonlarda sabah qaz olmayacaq

Sabah ölkənin bir sıra rayonlarının qaz təchizatında fasilə yaranacaq. Xəbər Experti bu barədə “Azəriqaz”a istinadən xəbər verir. Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərlərində yeni çəkilmiş hissələrin mövcud kəmərlərə qoşulması ilə bağlı 05.08.2026-cı il tarixində saat 18:00-dan 20.08.2026-cı il tarixində işlər başa çatanadək Samux rayonunun Qaraağaclı və Qaraarx qəsəbələrinin, Yenikənd, Köbər, […]