Oktyabr ayında 12-ci Bakı Beynəlxalq kitab sərgisi keçiriləcək

Bu ilin 21-27 oktyabr tarixində Bakı Ekspo Mərkəzində” Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 12-ci Bakı Beynəlxalq kitab sərgisi keçiriləcək. Mədəniyyət Nazirliyindən verilən məlumata görə, sərgi Azərbaycan Mədəniyyəti-2040″ Mədəniyyət Konsepsiyasına uyğun olaraq baş tutacaq. “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” mövzusuna həsr olunan sərgi uşaqlarda mütaliə mədəniyyətinin formalaşdırılması, kitaba marağın gücləndirilməsi və onların […]

Naxçıvanda zəlzələ olub

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda zəlzələ baş verib. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələ hiss edilib. 3 maqnitudalı yeraltı təkan yerli vaxtla 11:54-də, 7 km dərinlikdə qeydə alınıb.

Ceyhun Bayramovla ATƏT sədri arasında təkbətək görüş keçirilib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü, Xarici İşlər üzrə Federal Departamentin rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə geniş tərkibdə görüş keçirib. Bu barədə nazirliyin “X” sosial media hesabında paylaşım edilib. Bildirilib ki, görüş zamanı Azərbaycan–İsveçrə ikitərəfli gündəliyi, İsveçrənin ATƏT-ə sədrliyi dövrünün prioritetləri, […]

“Azərişıq” Gədəbəydə 30-dan çox yeni güc mərkəzi quraşdırıb

“Azərişıq” ASC Gədəbəyin bir sıra kənd və qəsəbələrində elektrik təsərrüfatını yenidən qurur. Xəbər Experti səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, görülən işlər nəticəsində Zəhmətkənd kəndinin 0,4 və 10 kV-luq elektrik şəbəkəsi yenisi ilə əvəzlənib, abonentlər fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunublar. Kənddə 0,4 və 10 kV-luq yeni metal dayaqlar əkilib, Özünüdaşıyan İzolyasiyalı Naqillər […]

Barələrində məlumatlar məxfiləşdirilən sığorta olunanlara unikal kod alınacaq

“Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığorta olunanların və sığortalıların sığortaçıda uçotu Qaydası” təsdiqlənib, barələrində məlumatlar məxfiləşdirilən sığorta olunanlara unikal kodun alınması proseduru müəyyənləşib. Xəbər Experti-nin xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Bu Qayda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar sığortalıların […]

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Avqustun 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 patron darağı və 30 ədəd patron aşkar edərək götürüblər. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşır

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. Xəbər Experti birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,72% artaraq 4 119,9 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin sentyabr fyuçerslərinin qiyməti də 2,4% artaraq […]

Rafiq Əliyev beynəlxalq elm mükafatına layiq görülüb

AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev Türkiyə Cümhuriyyəti Türk Dünyası Yörük Türkmən Birliyi tərəfindən təqdim olunan “Qiyasəddin Cəmşid əl-Kaşi Riyaziyyat Mükafatı”na layiq görülüb. Xəbər Experti xəbər verir ki,, bu barədə birlik tərəfindən Rafiq Əliyevə rəsmi bildiriş və dəvət məktubu göndərilib. Qeyd olunub ki, Türkiyə Respublikasının 3335 saylı Qanunu çərçivəsində Nazirlər Kabinetinin icazəsi ilə beynəlxalq mədəni […]

“Qarabağ”ın “pley-off”dakı potensial rəqibləri bilindi

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Xəbər Experti xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatmada “Dinamo” (Kiyev, Ukrayna) – “Qarabağ” (Azərbaycan) cütünün qalibinin də rəqibi müəyyənləşib. Ağdam təmsilçisinin yüksək reytinqi səbəbindən bu cütlük səpələnmişlər səbətində yer alıb.  Püşkün nəticəsinə əsasən, rəqib səpələnməmişlər səbətindəki “Tvente” (Niderland) – DAC 1904 (Slovakiya) […]

Sabah Abşeron çimərliklərində hava necə olacaq?

Avqustun 4-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Abşeron çimərliklərində şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 26-27, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil və Şıxda 27-28 dərəcə isti olacaq.