Bakıda iki marşrut üzrə avtobuslar yenilənir

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Xətai rayonunun Polad Həşimov küçəsi ilə əlaqələndirən 51 nömrəli və Zabrat qəsəbəsi ilə əlaqələndirən 118A nömrəli marşrutlarda istismar olunan avtobuslar yenilənir. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata əsasən, avqustun 4-dən bu marşrutlar üzrə müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə […]

“Zirə”də gözlənilməz ayrılıq

“Zirə” Brahim Konate ilə yollarını ayırıb. Xəbər Experti xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fransalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Qeyd edək ki, Brahim Konate 2025-ci ilin yayından “Zirə”də çıxış edirdi. “Zirə” bu yay Tiaqo Silva, Ceyhun Nuriyev, Stefan Aka, Eldar Quliyev, Leroy Mikels, Rüfət Abdullazadə, Anatoli Nuriyev, […]

Bakı Qızlar Universitetinin tələbələri özəl ali məktəblərə köçürüləcək, diplomlar tanınacaq

Bakı Qızlar Universitetinin təhsil fəaliyyətinin dayandırılması ilə əlaqədar sözügedən ali təhsil müəssisəsinin tələbələri ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd edək ki, universitetin təhsil fəaliyyətinin dayandırılması nəzərə alınaraq, 2026/2027-ci tədris ili üzrə Bakı Qızlar Universitetinə ali təhsilin həm bakalavriat, həm də magistratura səviyyələri üzrə tələbə qəbulu yerləri […]

Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar

Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında imzalanan 2026-cı ilin birgə tədbirlər planına əsasən, Aparatın nümayəndələri Quru Qoşunlarının tabeliyində fəaliyyət göstərən hərbi hissələrdən birində olublar. Müdafiə Nazirliyindən verilən məlumata görə, nümayəndələr hərbi hissədə şəxsi heyətin təminatı və məişət şəraiti ilə tanış olub, tibb məntəqəsində müalicə alanların sağlamlıq durumları, o cümlədən […]

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlanılır

Avqustun 5-də saat 11:00-dan etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlanılır. Bu mərhələdə ilkin olaraq vakant yer seçmək imkanı test imtahanında minimum keçid balını toplamış şəhid ailəsi üzvlərinə təqdim edilir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, namizədlər elektron ərizə formalarında ən çoxu 8 vakant yer seçmək hüququna malikdirlər. Seçilmiş […]

İlin son Günəş tutulması baş verəcək

2026-cı ilin ikinci və son Günəş tutulması avqustun 12-də baş verəcək. Bu tutulma, tam Günəş tutulması olacaq. Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, tutulmanın tam fazası İslandiya, İspaniya, Portuqaliyanın şimal-qərbi, Qrenlandiya, həmçinin Atlantik okeanının şimal hissəsindən keçən zolaqda müşahidə ediləcək. Qismən Günəş tutulması isə Avropanın böyük hissəsində, Şimali Amerikanın bəzi bölgələrində, Sakit […]

Bakıda yük avtomobili yanıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Ford” markalı yük avtomobilində yanğın […]

Magistraturaya qəbul olunanların nəzərinə: Qeydiyyat yalnız “mygov” üzərindən aparılacaq

Magistratura pilləsinə qəbul olan bakalavrlar təhsil alacaqları ali təhsil müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirəcəklər. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib. Xidmət sayəsində qəbul olunan bakalavrlar qeydiyyat prosesini rəqəmsal formada, bir neçə addımda tamamlaya biləcəklər. Qeydiyyat 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək davam edəcək. […]

Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb

Avqustun 1-də və 2-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 73, o cümlədən borclu şəxs qismində axtarışda olan 46, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan […]

Almaniyada su qıtlığı

Almaniyanın 100-də çox şəhər və əyalətində sudan istifadəyə müəyyən məhdudiyyətlər tətbiq edilir. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb anomal istilər və çaylarda, su hövzələrində suyun azalmasıdır. Bu qış və yazda yağıntının az olması çaylarda suyun səviyyəsinin enməsinə gətirib çıxarıb. Üstəlik, bir müddətdir davam edən isti hava şəraiti də məhdudiyyətlərin tətbiqini qaçılmaz […]