Nigeriyada difteriya 17 nəfərin ölümünə səbəb olub

Nigeriyanın şimalındakı Niger əyalətində difteriya epidemiyası geniş yayılıb.  Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Səhiyyə Komissarı Murtala Baqana bildirib. Onun sözlərinə görə, ştatın Bida, Suleja və Şiroro rayonlarında difteriya halları yayılıb. Baqana bu ərazilərdə 124 difteriya halının qeydə alındığını və bu şəxslərdən 103-nün xəstəxanadan evə buraxıldığını bildirib. O, difteriya səbəbindən […]

Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb

Mədəniyyət Nazirliyinin “Mədəni və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı” çərçivəsində 2026-cı il üzrə keçirdiyi müsabiqənin seçim mərhələsi başa çatıb. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, proqram üzrə cari il iyunun 2-dən 16-dək audiovizual sənətlər, dizayn, memarlıq, mədəni və yaradıcı sahələr üzrə menecment və digər ixtisas istiqamətlərində bakalavriat və magistratura səviyyələrində xaricdə […]

Pakistan və İranın XİN başçıları Məkkə sazişin müzakirə ediblər

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb. Xəbər Experti xəbər verir ki, tərəflər Səudiyyə Ərəbistanı və Türkiyə ilə bu yaxınlarda imzalanmış Məkkə müdafiə sazişini müzakirə ediblər. Nazirlər mövcud geosiyasi vəziyyətlə bağlı fikir mübadiləsi apararaq regionda dəyişən şəraiti və uzunmüddətli sülh və […]

Çinin peyk daşıyan raketi havada partladı

Peyk daşımaq üçün buraxılan Çinin “Long March 7A” raketi havada partlayıb. Xəbər Experti “Xinhua” agentliyinə istinadən xəbər verir ki, raket buraxılışdan təxminən 1,5 dəqiqə sonra partlayıb və hissələrə parçalanıb. Qeyd edək ki, dünyanın hər yerində istifadəçilərə radio, televiziya və digər rabitə xidmətləri göstərməsi planlaşdırılan “Zhongxing-4B” peykini daşıyan raket Çinin Haynan adasındakı məntəqədən buraxılıb. Hazırda hadisənin […]

Livan parlamentinin tarixi qərarı: Ölüm hökmü ləğv edildi

Livan parlamenti ölüm hökmünün ləğvi ilə bağlı qanun layihəsini böyük səs çoxluğu ilə təsdiqləyib. Xəbər Experti xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Parlamentin 128 deputatının əksəriyyəti sənədin lehinə səs verib. Hizbullah parlament bloku istisna təşkil edib. Qanun layihəsi həmçinin yeni qanun qüvvəyə minməzdən əvvəl törədilmiş cinayətlərə görə ölüm cəzasının tətbiqi məsələsini tənzimləyəcək. […]

Şüvəlanda 1 il əvvəl itkin düşən qadının qətlə yetirildiyi məlum olub

Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib. Xəbər Experti xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə və koordinasiyalı şəkildə aparılmış kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il itkin düşmüş, 1954-cü il təvəllüdlü Timofeyeva […]

Messi atasının ölümünə görə futboldan uzaq qalacaq

“İnter Mayami”nin hücumçusu Lionel Messi atası Xorxe Messinin vəfatından sonra karyerasını qeyri-müəyyən müddətə dayandırıb. Xəbər Experti “Doble Amarilla”ya istinadən xəbər verir ki, 39 yaşlı futbolçu hazırda doğma Rosarioda qalır və yaxın vaxtlarda ABŞ-a qayıtmağı planlaşdırmır. Messi “İnter Mayami”dəki öhdəliklərini də qeyri-müəyyən müddətə təxirə salıb. Onun məşqlərə nə vaxt başlayacağı və meydana nə vaxt qayıdacağı hələ […]

Nigeriyada terrorçulara qarşı xüsusi əməliyyat keçirilib

Nigeriyanın şimal-şərqindəki Borno əyalətində “Boko Haram” terror təşkilatına qarşı xüsusi əməliyyat keçirilib.  Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nigeriya Hərbi Hava Qüvvələrinin sözçüsü Ehimen Ejodame bildirib. O qeyd edib ki, əməliyyat zamanı “Boko Haram”ın 9 üzvü zərərsizləşdirilib, onlarla terrorçu isə yaralı vəziyyətdə qaçıb. Ejodame əlavə edib ki, əməliyyat zamanı terrorçuların sığınacaqları […]

Husilər gəmiyə hücum edib – üç nəfər ölüb 

Yəmənin husi üsyançıları Bab əl-Məndəb boğazında ticarət gəmisinə hücum ediblər. Xəbər Experti xəbər verir ki, bu barədə ərəb mediası məlumat yayıb. Hadisə nəticəsində ikisi pakistanlı, biri isə indoneziyalı olmaqla üç heyət üzvü həlak olub. Bab əl-Məndəb boğazı Yəmən ilə Ərəbistan yarımadası arasında yerləşir, Qırmızı dənizi Ədən körfəzi və Hind okeanı ilə birləşdirir. Bu, əsas beynəlxalq […]