#Dünya

Nigeriyada difteriya 17 nəfərin ölümünə səbəb olub

Nigeriyanın şimalındakı Niger əyalətində difteriya epidemiyası geniş yayılıb. 

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Səhiyyə Komissarı Murtala Baqana bildirib. Onun sözlərinə görə, ştatın Bida, Suleja və Şiroro rayonlarında difteriya halları yayılıb.

Baqana bu ərazilərdə 124 difteriya halının qeydə alındığını və bu şəxslərdən 103-nün xəstəxanadan evə buraxıldığını bildirib.

O, difteriya səbəbindən 17 nəfərin öldüyünü qeyd edib.

Qeyd edək ki, Nigeriyada 2022-2025-ci illər arasında 42 mindən çox difteriya halı aşkar edilib və təxminən 1400 nəfər ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkədə artan sayda difteriya halları səbəbindən ikinci dalğa yaşandığını təsdiqləyib.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) epidemiya ilə mübarizə səylərinin bir hissəsi olaraq keçən il Nigeriyaya 9,3 milyon doza peyvənd göndərib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir