Ötən ay 1 200-dən çox kommersiya qurumu qeydiyyatdan keçib

Bu ilin avqust ayının 1-nə Azərbaycanda qeydiyyatda olan kommersiya qurumlarının sayı 211.595 təşkil edib. Xəbər Experti Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki illə müqayisədə 6,7 faiz çoxdur. Təkcə, 2026-cı ilin iyul ayında 1.257 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 86,1 faizi yerli investisiyalı, 13,9 faizi isə xarici investisiyalı müəssisələrdir. Kommersiya qurumlarının […]

Azərbaycanda aqrar sektor 3 faizə yaxın böyüyüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 8 milyard 797,2 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Xəbər Experti Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2,4 %, bitkiçilik məhsullarının istehsalı isə 3,2 % çoxalıb. Məhsulun 50,6 %-i bitkiçiliyin, 49,4 %-i […]

ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəlib – KİV

“ABŞ və İran atəşkəs rejiminin uzadılması barədə razılığa gəliblər”.  Xəbər Experti xəbər verir ki, bu barədə “Anadolu” agentliyi münaqişənin nizamlanmasında vasitəçilik edən Pakistan hakimiyyəti ilə əlaqəli mənbələrə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, hər iki tərəf atəşkəsin son tarixinin uzadılması ilə bağlı razılığını vasitəçilərə çatdırıb. Bununla belə, yeni mərhələnin müddəti hələ müəyyən edilməyib. ABŞ və […]

“Bitcoin”in qiyməti 64 min dollardan aşağı enib

Kriptovalyuta bazarında son 24 saat ərzində bir sıra əsas aktivlərin qiymətlərində artım qeydə alınıb. Xəbər Experti xəbər verir ki, əsas altkoinlərdən Ethereum (ETH) 0,74% bahalaşaraq 1 884,61 ABŞ dollarına, BNB isə 2,03% artaraq 610,48 ABŞ dollarına yüksəlib. Bazarın lideri olan Bitcoin (BTC) son 24 saatda 0,37% ucuzlaşaraq 63 589,44 ABŞ dollarına enib. Həmçinin, Hyperliquid (HYPE) […]

Sabah 37 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında avqustun 13-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 […]

“Sabah”ın “Hapoel”lə oyunlarının məkanı və saatı açıqlandı

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah”ın İsrailin “Hapol”lə (Ber-Şeva) klubu ilə oyunlarının vaxtı və məkanı açıqlanıb. Xəbər Experti UEFA-nın saytına istinadən xəbər verir ki, komandaların ilk qarşılaşması avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdəki “Culeşti” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Xatırladaq ki.İsrail klubları Yaxın Şərqdə davam edən münaqişə səbəbindən avrokuboklardakı ev oyunlarını neytral […]

Lənkəranda meşədə iki şəxsin meyitinin aşkar edilməsi faktı üzrə cinayət işi başlanıb

Lənkəranda meşə ərazisində iki şəxsin meyitinin aşkar edilməsi faktı üzrə cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, avqustun 11-də Lənkəran rayonunun Haftoni kəndi yaxınlığındakı meşəlik ərazidə iki nəfərin meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalar zamanı meyitləri aşkar olunan şəxslərin 1997-ci il təvəllüdlü Mirzəyev Xəzər […]

Prezidentin Naxçıvan səfəri: inkişafın yeni mərhələsi

Uzun illər blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikası artıq mühüm strateji əhəmiyyətə malik logistika mərkəzinə çevrilir. Azərbaycanın regionda yaratdığı yeni reallıqlar əhəmiyyətli coğrafi mövqeyi olan Naxçıvanın strateji və geoiqtisadi önəmini daha da artırır.  Naxçıvan daim Azərbaycan Prezidentinin xüsusi diqqət və qayğısı altında olub, blokadanın yaratdığı çətinliklərin aradan qaldırılması, regionun inkişafı, əhalinin rifahı üçün dövlət tərəfindən […]

Ali məktəblərə ixtisas seçimi başlayıb

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb. DİM-dən verilən xəbərə görə, ixtisas seçimi bütün ix­ti­sas qrupları üzrə avqustun 12-dən 19 avqust saat 23:59-dək in­ter­­net vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyent müsabiqə şərtini ödədiyi ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilər. İxtisas seçimi mərhələsində abituriyent qəbul olmaq istədiyi ixtisasların kodlarını […]

ANAMA beynəlxalq seminarda ekspert qismində təmsil olunur

ASEAN Regional Minatəmizləmə Mərkəzi və Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin birgə təşkilatçılığı ilə İndoneziyanın Cakarta şəhərində “Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) regionunda humanitar minatəmizləmə fəaliyyəti üzrə informasiya idarəçiliyinin gücləndirilməsi” mövzusunda regional seminar keçirilir. Bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Bildirilib ki, avqustun 10-12-ni əhatə edən seminarın məqsədi humanitar minatəmizləmə sahəsində informasiya idarəçiliyi […]