Ölkənin bir neçə rayonunun ərazisində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bu gün ölkənin bir neçə rayonunda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq. Xəbər Experti xəbər verir ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 11-də ölkənin bir sıra rayonlarında bəzi hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq. Ağdaş Elektrik Şəbəkəsi (EŞ) ərazisində saat 10:00-dan 14:00-dək Qaradağlı kəndində […]

Buzovnada bir nəfər dənizdə batıb

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində, ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin meyiti aşkarlanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Məlumatla əlaqədar Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Dalğıclar tərəfindən 1996-cı il təvəllüdlü Allahverdiyev Seymur Sadiq oğlunun meyiti sudan çıxarılaraq […]

Güclü qar CAR-da problemlər yaratdı

Avropanın anomal istilər tüğyan etdiyi bir vaxtda Cənubi Afrika Respublikasında insanlar soyuqla mübarizə aparır. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin bəzi regionlarında qasırğa ilə müşayiət olunan güclü qar yağıb. Şaxtalı hava bir neçə avtomagistralda nəqliyyatın hərəkətini çətinləşdirib. Hətta bəzi yerlərə yollar bağlanıb.  Yerli hakimiyyət orqanları sakinlərə müraciət edərək yaxın günlərdə havanın daha […]

Kolumbiyada zəlzələ qurbanlarının sayı 110-u keçdi

Dünən Kolumbiyada baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 111-ə çatıb. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Abelyardo del la Espirilya bildirib. “Hazırkı vəziyyətdən xəbərdaram. Zəlzələdən zərər görmüş və yaxınlarını itirmiş insanlara görə çox üzülürəm”, – deyə Espirilya sosial şəbəkə hesabında paylaşım edib. Bununla yanaşı, yerli KİV-nin məlumatına görə, zəlzələnin episentrinin […]

XİN zəlzələ ilə bağlı Kolumbiyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Kolumbiyada baş verən zəlzələ ilə bağlı başsağlığı verib. Xəbər Experti xəbər verir ki, bu barədə nazirliyin sosial media hesabında paylaşım edilib. Zəlzələ nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı ifadə olunub, yaralananlara isə tezliklə sağalmaları arzulanıb. “Bu çətin zamanda düşüncələrimiz Kolumbiya xalqı ilədir”, – paylaşımda qeyd olunub.

Bakının bir sıra küçələrində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq

Bakının üç küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bildirilib ki, 14 İyul küçəsində (Suraxanı rayonu) – 11 avqust 2026-cı il saat 09:00-dan; Sergey Yesenin küçəsində (Xəzər rayonu) – 11 avqust 2026-cı il saat 10:00-dan; Əbdülvahab Salamzadə küçəsində (Nəsimi […]

Azərbaycan nefti bahalaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Xəbər Experti xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,56 dollar və ya 0,6% artaraq 93,93 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 93,37 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin […]

Azərbaycanda daha 18 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Sentyabrın 15-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı növbəti dəfə hərrac keçirəcək. Xəbər Experti bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 58 min 175 manat olan 18 nəqliyyat vasitəsi çıxarılacaq. […]

Adil Kərimli Laçında vətəndaş qəbulu keçirəcək

Mədəniyyət naziri Adil Kərimli Laçında vətəndaşları qəbul edəcək. Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, qəbul 27 avqust saat 10:00-da Laçın rayonundakı Prezidentinin xüsusi nümayəndəliyinin inzibati binasında keçiriləcək. Qəbulda Laçın, Kəlbəcər rayonlarından olan vətəndaşlar iştirak edə bilər.

Lökbatanda iki qadın dənizdə boğulub

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 700 metr aralı dənizdə nəzarətsiz ərazidə 2 nəfərin batması barədə məlumat daxil olub. FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Axtarışlar nəticəsində dalğıclar tərəfindən […]