Livan parlamentinin tarixi qərarı: Ölüm hökmü ləğv edildi
Livan parlamenti ölüm hökmünün ləğvi ilə bağlı qanun layihəsini böyük səs çoxluğu ilə təsdiqləyib.
Xəbər Experti xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Parlamentin 128 deputatının əksəriyyəti sənədin lehinə səs verib. Hizbullah parlament bloku istisna təşkil edib. Qanun layihəsi həmçinin yeni qanun qüvvəyə minməzdən əvvəl törədilmiş cinayətlərə görə ölüm cəzasının tətbiqi məsələsini tənzimləyəcək.
Ölüm cəzası uzun illər ərzində Livan qanunvericiliyində saxlanıls da, onun faktiki icrası dayandırılıb. Ölkədə sonuncu ölüm hökmü 2004-cü ilin yanvarında icra edilib. Bundan sonra məhkəmələr onlarla ölüm hökmü çıxarsalar da, onların hamısı sonradan dayandırılıb və ya cəza yüngülləşdirilib.










