#Dünya

Nigeriyada terrorçulara qarşı xüsusi əməliyyat keçirilib

Nigeriyanın şimal-şərqindəki Borno əyalətində “Boko Haram” terror təşkilatına qarşı xüsusi əməliyyat keçirilib. 

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nigeriya Hərbi Hava Qüvvələrinin sözçüsü Ehimen Ejodame bildirib.

O qeyd edib ki, əməliyyat zamanı “Boko Haram”ın 9 üzvü zərərsizləşdirilib, onlarla terrorçu isə yaralı vəziyyətdə qaçıb.

Ejodame əlavə edib ki, əməliyyat zamanı terrorçuların sığınacaqları bombalanıb, çoxsaylı silah və sursat, o cümlədən əldəqayırma partlayıcı qurğular ələ keçirilib.

Qeyd edək ki, 2000-ci illərin əvvəllərindən Nigeriyada fəaliyyət göstərən “Boko Haram”, 2009-cu ildən kütləvi terror hücumlarında on minlərlə insanın ölümünə səbəb olub.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir