Rusiya Zaporojyeyə hücum etdi – 24 yaralı var

Rusiya odusu Ukraynanın Zaporojye şəhərinə idarəolunan aviasiya bombası ilə zərbə endirib. Xəbər Experti xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Hadisə nəticəsində iki uşaq da daxil olmaqla, 24 nəfər yaralanıb. Zaporojye Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov bildirib ki, hücumu nəticəsində evlərə ziyan dəyib, avtomobillər yanıb.

Hindistandan Sloveniyada səfirliyi təhqir edənləri cəzalandırmaq tələbi 

Hindistanın Xarici İşlər Nazirliyi (XİN) ölkənin Sloveniyadakı səfirlik binasının təhqir edilməsini pisləyib. Xəbər Experti xəbər verir ki, bu barədə ölkə XİN-nin yaydığı bəyanatda deyilir. “Biz antihindistan elementləri tərəfindən Lyublyanadakı Hindistan səfirliyinin binasının təhqir edilməsi aktını qətiyyətlə pisləyirik. Vyana Konvensiyasına əsasən, diplomatik nümayəndəliklər toxunulmazdır və qorunmalıdır.  Sloveniya hakimiyyət orqanlarından bu qəbuledilməz hərəkətlərə yol verən şəxslərin məsuliyyətə […]

Azərbaycanı Avropa çempionatında 13 boksçu təmsil edəcək

Azərbaycan Serbiyanın Loznitsa şəhərində 19 yaşadək boksçular arasında keçiriləcək Avropa çempionatında 13 idmançı ilə təmsil olunacaq. Bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib. Avqustun 13-də startı veriləcək yarış 9 gün davam edəcək. Məşqçilər korpusu U-19 Avropa çempionatında Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev […]

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə başlanılır

12 avqust saat 15:00-dan etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətsiz müqavilə ilə ümumi vakansiya seçimi mərhələsinə başlanılır. Bu barədə MÜTDA-dan məlumat verilib. Bildirilib ki, namizədlər elektron ərizə formalarında ən çoxu 8 vakant yer seçmək hüququna malikdirlər. Seçilmiş vakant vəzifələrə yerləşdirilmə namizədin göstərdiyi ardıcıllıq nəzərə alınmaqla həyata keçirilir. Qeyd edilib ki, namizəd seçdiyi vakant yerə […]

Kiberpolis “Xbet” və “MostBet” üzərindən 10 mln. manatlıq mərc şəbəkəsi aşkarlayıb, 5 nəfər tutulub

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən ölkə ərazisində qanunsuz onlayn mərc və kazino oyunları təşkil edən şəxslərə qarşı əməliyyatlar davam etdirilir. Kiberpolisin həyata keçirdiyi tədbirlərlə saxlanılan Zaur Nərimanov və qardaşı Fuad Nərimanovun rəhbərliyi ilə ölkə ərazisində fəaliyyəti qadağan olunmuş “Xbet” və “MostBet” platformaları üzərindən vətəndaşların qanunsuz mərc oyunlarına cəlb edildiyi müəyyən olunub. Xəbər Experti […]

Bakıda 9 marşrutun hərəkəti dəyişdirilib

Paytaxtın Həsən Seyidbəyli küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, məhdudiyyət səbəbindən 6, 10, 18, 31, 37, 39, 53, 77 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti Azərbaycan prospekti – Şəmsi Bədəlbəyli küçəsi – Füzuli küçəsi – Abdulla Şaiq küçəsi […]

Avqustun 11-12-də zəif geomaqnit qasırğası gözlənilir

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb. Rəsədxanadan bildirilib ki, Günəşin fəallığı zəifləyib. Günəşin səthində 4 ləkə qrupunda 41 ləkə və Tac dəlikləri müşahidə olunur. Günəş küləyinin maksimal sürəti saniyədə 464 kilometrədək artıb. Hazırda Günəş küləyinin sürəti saniyədə 404 kilometrdir. Avqustun 10-dan 16-dək C sinif alışmanın baş […]

Rayonlarda qeyri-sabit hava avqustun 14-dək davam edəcək

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 14-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, avqustun 11-12-də əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Azərbaycanda kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri yaradılacaq

Azərbaycanda kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri yaradılacaq. Xəbər Experti xəbər verir ki, bu, Prezident İlham Əliyevin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliyin tətbiqi barədə Fərmanında əksini tapıb. Qanuna əsasən, ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturlarında kibertəhlükəsizlik üzrə fəaliyyət həmin infrastrukturun mövcud olduğu sahə üzrə dövlət siyasətini, tənzimləməsini və nəzarətini həyata keçirən dövlət […]

Yasamalda açıq sahə yanır

Bakı şəhəri, Yasamal rayonu ərazisində açıq sahədə yanğın baş verib. Xəbər Experti xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin məlumatında deyilir. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda açıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir. Əlavə məlumat veriləcək.