Ötən gün 37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib

Azərbaycan vətəndaşı olan 37 nəfər avqustun 11-də Almaniyadan geri qəbul edilib. Bu barədə Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib. Bildirilib ki, proses “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində baş tutub.

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, ötən gün Cəlilabad rayonunun Maşlıq kəndi, Goranboy rayonunun Düzqışlaq kəndi, Oğuz rayonunun Yaqublu kəndi və İsmayıllı rayonunun Qəzli kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Araşdırmalar nəticəsində yanğının həmin rayonların sakinləri – F.Zeynalov, Ə.Əliyev, A.Ağayev və M.Şükürov […]

Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur

Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur. Xəbər Experti xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində bildirib. Bu yaxınlarda bütövlükdə Naxçıvanın inkişafına dair Dövlət Proqramının qəbul edildiyini, suvarma ilə bağlı tədbirlər planı tərtib olunduğunu xatırladan dövlətimizin başçısı deyib: “Mən buraya böyük heyət ezam etdim, bütün məsələlər təhlil olundu və […]

Prezident sosial evlər kompleksinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan şəhərində 518 mənzildən ibarət sosial evlər kompleksinin təməlini qoyub. Xəbər Experti xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov dövlətimizin başçısına kompleksdə yaradılacaq şərait barədə məlumat verdi. Bildirildi ki, Naxçıvan şəhərində çoxmənzilli yaşayış binalarının (güzəştli mənzillər) tikintisi üçün 5 hektara yaxın torpaq sahəsi […]

Ağdərədə əmək yarmarkası keçirilib

Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin birgə təşkilatçılığı ilə Ağdərə rayonunda əmək yarmarkası keçirilib. Xəbər Experti xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Yarmarkada əsasən minaaxtaran peşəsi üzrə olmaqla vakansiyalar təqdim olunub.

Hava limanı yolundakı yeni qurğular sürətölçən cihaz deyil

Sosial şəbəkələrdə avtomobilləri arxadan çəkən və guya sürət həddinin pozulmasını müəyyən edən cihazlarla bağlı görüntülər yayılıb. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, görüntülərdə əks olunan qurğu sürətölçən cihaz deyil. Sözügedən elektron cihaz yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin ölçülməsi və nəqliyyat axınının monitorinqi məqsədilə istifadə olunur: “Cihaz vasitəsilə nəqliyyat vasitələrinin hərəkət intensivliyi ilə bağlı məlumatlar […]

DİN onlayn alış-verişdə kiberdələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara onlayn alış-verişlə bağlı xəbərdarlıq edib. DİN-dən verilən məlumata görə, mütəmadi olaraq aparılan maarifləndirmə tədbirlərinə və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, onlayn alış-veriş zamanı vətəndaşların kiberdələduzluqla üzləşməsi halları hələ də müşahidə olunur: “Aparılan araşdırmalar və daxil olan müraciətlər göstərir ki, kiberdələduzlar saxta satış səhifələri yaradaraq müxtəlif məhsulları cəlbedici qiymətlərlə təklif edir, ödəniş […]

Bəşər Əsədə ölüm hökmü çıxarıldı

Suriya məhkəməsi ölkənin keçmiş prezidenti Bəşər Əsəd barəsində qərar çıxarıb. Xəbər Experti xəbər verir ki, bu barədə Syrian Arab News Agency (SANA) məlumat yayıb. Qərara əsasən insanlığa qarşı cinayətlərdə ittiham olunan Bəşər Əsəd qiyabi olaraq ölüm hökmünə layiq görülüb. Qeyd edək ki, Rusiya dövləti Bəşər Əsədə siyası sığınacaq verib və keçmiş prezident hazırda ailəsi ilə […]

Rusiyada qadın 3 yaşlı qızını 9-cu mərtəbədən atdı

Tükürpədici hadisə dünən Moskvada baş verib. Xəbər Experti Rusiya mətbuatına istinadən xəbər verir ki, 3 yaşlı qız 9-cu mərtəbədəki mənzilin eyvanından düşüb. Körpə ağır xəsarətlər alsa da, sağ qalıb və şahidlərin köməyi ilə xəstəxanaya çatdırılıb. Hazırda vəziyyəti ağır olaraq qalır. Faktla bağlı araşdırmaya başlayan hüquq-mühafizə orqanları ərazidəki müşahidə kameralarını izlədikdən sonra qızın anası tərəfindən atıldığı […]

Ər-Riyadda fabrikdə yanğın – 16 ölü

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda mebel istehsalı fabrikində yanğın olub.  Xəbər Experti xəbər verir ki, bu barədə “Dhaka Tribune” qəzeti məlumat yayıb. Bildirilib ki, yanğında 16 banqladeşli həyatını itirib. Məlumata görə, artıq Banqladeş tərəfi ölən vətəndaşlarının cəsədlərinin vətənə qaytarılması üçün çalışmalara başlayıb.