ICESCO-nun növbədənkənar sessiyasında təşkilatın maliyyə sabitliyi və borcların tənzimlənməsi müzakirə olunub
Sentyabrın 10-da İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Baş konfransının onlayn formatda 4-cü növbədənkənar sessiyası keçirilib. Sessiyada Azərbaycanın mədəniyyət naziri, ICESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının sədri Adil Kərimli iştirak edib. Mədəniyyət Nazirliyindən bildirilib ki, sessiyada ICESCO-nun mövcud maliyyə vəziyyəti, təşkilatın fəaliyyətinin davamlılığının təmin edilməsi, eləcə də təxirəsalınmaz maliyyə və inzibati tədbirlər müzakirə […]








