Tramp husilərə zərbə endirməkdən imtina edib

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Yəməndəki husilərə zərbə endirmək istəyindən imtina edib. Xəbər Experti xəbər verir ki, bu barədə “Axios” portalı mənbəyə istinadən məlumat yayıb. “Tramp imtina edib və ABŞ administrasiyasının rəsmiləri hazırda husilərlə münaqişəyə birbaşa müdaxilə planlaşdırmadıqlarını vurğulayıblar”, – mənbə deyib. Məlumata görə, Məhəmməd bin Salman 10 sentyabrda […]

Yasamalda avtomobildə baş verən yanğın operativ şəkildə söndürüldü

Paytaxtın Yasamal rayonu, Hüseyin Cavid prospekti prospektində minik avtomobilində yanğın baş verib. Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, yolda təhlükəsizlik tədbirləri görülməklə yanaşı, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən yanğına müdaxilə edilib, alovlanmanın qarşısı vaxtında alınıb.

Azərbaycanın turizm imkanları İstanbulda təqdim olunub

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) Türkiyədəki rəsmi nümayəndəlik ofisi sentyabrın 10-11-də İstanbulda keçirilən “GlobeMeets B2B Networking Event 2026” tədbirində tərəfdaş ölkə qismində Azərbaycanı təmsil edib. Xəbər Experti agentliyə istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın mədəniyyət, qastronomiya, lüks səyahət, təbiət, sağlamlıq, işgüzar turizm (MICE) imkanları və qonaqpərvərlik ənənələri Türkiyədən və dünyanın müxtəlif ölkələrindən […]

Yeni gömrük qaydası

AZƏRBAYCANA GƏTİRİLƏN MALLARIN DƏYƏRİNİN MANATLA BƏYAN EDİLMƏSİ SAHİBKARLARA NƏ VƏD EDİR? Sentyabrın 3-dən etibarən ölkəyə gətirilən malların gömrük dəyəri Azərbaycanın milli valyutası ilə bəyan edilir. Bununla bağlı Gömrük Məcəlləsində dəyişiklik edilib. Belə ki, malların gömrük dəyəri bəyanetməni həyata keçirən şəxs tərəfindən Gömrük Məcəlləsi və “Gömrük tarifi haqqında” Qanunla nəzərdə tutulan qaydada müəyyən olunur. Malları gömrük […]

“Neftçi” “İmişli”yə qalib gəldi

Bu gün Misli Premyer Liqasında 5-ci tura start verilib. Xəbər Experti xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib. “İmişli” Yevlax şəhər stadionunda “Neftçi” ilə qarşılaşıb. Baxımlı keçən matçda “Neftçi” qələbə qazanıb. 11 sentyabr (cümə) 16:30. “İmişli” – “Neftçi” – 2:3 Qollar: Fredi Varqas, 12 (0:1), Breno Almeyda, 28 (0:2), Bəxtiyar Həsənalızadə, 29 (1:2), Azər […]

Xarici diplomatlar Qarabağ Universitetində olublar

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri çərçivəsində xarici diplomatlar Xankəndi şəhərində Zəfər meydanı və Zəfər parkında, eləcə də Qarabağ Universitetində olublar. “Azərbaycan müəllimi” xəbər verir ki, nümayəndə heyətini Qarabağ Universitetində rektor Şahin Bayramov qarşılayıb. O, qonaqlara Qarabağ Universitetinin fəaliyyəti, burada həyata keçirilən təhsil proqramları, tələbələrin sayı və onlar […]

Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib

Sentyabrın 11-də Milli Məclisin Elm və təhsil komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib. Xəbər Experti AZƏRTAC-a istinadən xəbər verir ki, iclası açan komitə sədri Anar İsgəndərov gündəliyə 2 məsələnin daxil edildiyini bildirib. Komitə sədri, ilk növbədə, 2026-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində Milli Məclisin Elm və təhsil komitəsinin fəaliyyəti barədə məlumat verib. […]

Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının Xətai rayonunda aparılacaq təmir işləri ilə əlaqədar sentyabrın 12-də saat 07:00-dan etibarən üç ünvanda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bildirilib ki, məhdudiyyət rayonun Abdulla Rəhimov, İlqar Abbasov, Həzi Aslanov küçələrində tətbiq olunacaq. Qeyd olunub ki, təmir işləri ilə əlaqədar sözügedən ərazilərdə nəqliyyatın hərəkəti tam və […]

Azərbaycan Çinlə investisiya əməkdaşlığını gücləndirir

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Çinlə investisiya əməkdaşlığının gücləndirilməsi və qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarının genişləndirilməsi məqsədi ilə 6–11 sentyabrda bu ölkəyə işgüzar səfər edib. Xəbər Experti Fonda istinadən xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti bir sıra beynəlxalq maliyyə qurumları, investisiya şirkətləri və dövlət qurumlarının nümayəndələri ilə […]

“Mənim məktəbim” anlayışından “bizim məktəblərimiz” anlayışına keçməliyik” –  Emin Əmrullayev

“Təhsil siyasətinin düzgün şəkildə sinif otağına qədər çatdırılması və müəyyənləşdirilən yanaşmaların təhsil prosesində həyata keçirilməsi vacibdir”. Xəbər Experti xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib. O bildirib ki, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün müəllimlərin keyfiyyəti artırılmalı, məktəbəqədər təhsilin əhatəliliyi genişləndirilməli, məktəblərdə nizam-intizam təmin olunmalı və şagirdlərin […]