İran Hörmüzün şərqində qadağa zonası tətbiq edir

“İran Hörmüz boğazının şərqində gəmilərin hərəkəti üçün qadağa zonası tətbiq edir”. Xəbər Experti xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi Hüseyn Məhəbi bildirib. “Qadağan olunmuş ərazi Çabahar limanından başlayaraq Oman körfəzinin və Ərəb dənizinin müəyyən hissələrinə qədər uzanır”, – o deyib. SEPAH nümayəndəsi əlavə edib ki, həmin ərazidən keçən […]

Suriyada silah və sursat anbarında partlayış: səbəbləri hələ də bəlli deyil

İdlib şəhərində hərbi sursatların saxlandığı anbarda partlayış olması barədə məlumat vermişdik. Xəbər Experti KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlərin bir neçəsi müdafiə nazirliyinin əməkdaşıdır.  Bundan başqa, xəstəxanaya çatdırılan yaralıların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerində xilasetmə işləri aparılır. Amma ara-sıra partlayışlar onların işinə çətinliklərlə yanaşı təhlükə də yaradır. Vətəndaş müharibəsindən qalma sursatın saxlandığı […]

Şəhid övladları üçün təşkil olunan “Bir dastan, bir nəsil” layihəsi yekunlaşıb

“YAŞAT” Fondunun təşkilatçılığı, Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin dəvəti və “Azərbaycan Hava Yolları” QSC-nin dəstəyi ilə şəhid övladları üçün təşkil olunan “Bir dastan, bir nəsil” layihəsi başa çatıb. Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, əsas məqsəd psixoloji dayanıqlığın və şəxsi inkişafın […]

Özəl bağçalara uşaqların qeydiyyatı başlayır

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. Valideynlər övladlarını mygov platforması vasitəsilə 14 sentyabr saat 15:00-dan başlayaraq 25 sentyabr saat 15:00-dək qeydiyyatdan […]

Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakının Xətai və Nizami rayonlarında aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Xəbər Experti xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, təmir işlərinə sentyabrın 10-u saat 09:00-dan etibarən başlanılacaq. İşlərlə əlaqədar Xətai rayonunun Kazımağa Kərimov küçəsinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən, Nizami […]

Argentina millisinin yeni kapitanı bu futbolçu olacaq

Lionel Messinin gedişindən sonra milli komandanın yeni kapitanı məlum olub. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, kapitanı sarğısı Kristian Romeroya həvalə edilib. Madrid “Atletiko”sunun müdafiəçisi bu ilki mundialda Messi və Nikolas Otamendidən sonra millinin üçüncü kapitanı idi. Otamendinin də dünya çempionatından sonra milli karyerasını bitirdiyini nəzərə alsaq, Romero avtomatik əsas kapitana çevrilib. Qeyd […]

Paşinyan Fransaya gedib  

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfər edib. Xəbər Experti xəbər verir ki, bu barədə Baş nazir sosial media hesabında bildirib. O, Fransa prezidenti Emmanuel Makronla görüşəcəyini açıqlayıb. Əlavə edib ki, digər görüş və tədbirlər də planlaşdırılır. Hökumətin mətbuat xidmətinin məlumatına görə, Paşinyan Parisdə keçiriləcək Beynəlxalq Kosmik Sammitdə iştirak edəcək.

Putin və Tramp Rusiya-ABŞ-Çin üçtərəfli sammitini müzakirə ediblər

“Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp telefon danışığı zamanı APEC sammitində (Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı) Rusiya–ABŞ–Çin üçtərəfli sammitinin keçirilməsi imkanını müzakirə ediblər”.  Xəbər Experti xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, belə bir imkan olacaq:  “Şübhəsiz ki, daha əvvəl də belə bir potensial imkan barədə […]

Azərbaycanın 16 cüdoçusu Budapeştdəki “Böyük Dəbilqə” turnirində mübarizə aparacaq

Sentyabrın 11-13-də Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə “Böyük Dəbilqə” turniri keçiriləcək. Cüdo Federasiyasından bildirilib ki, Azərbaycan yarışda 11 çəki dərəcəsində 16 idmançı ilə təmsil olunacaq. Onlardan 12-si kişi, 4-ü qadın cüdoçudur. Qadınlar arasında Könül Əliyeva (48 kiloqram), Aydan Vəliyeva (52 kiloqram), Südabə Ağayeva (70 kiloqram) və Madina Kaisionova (+78 kiloqram) çıxış edəcəklər. Kişilərin mübarizəsində Murad […]

Sabah Yasamal və Qaradağda qaz olmayacaq

Bakının Yasamal və Qaradağ rayonlarının bəzi ərazilərində sentyabrın 10-da qaz təchizatı dayandırılacaq. Xəbər Experti xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yasamal rayonunun M. İbrahimov, L.Tolstoy, B. Səfəroğlu, D. Əliyeva, H. Aslanov, Ə. Quliyev, İ. Səfərli, T. Xəlilbəyli […]