İlham Əliyev: Azərbaycan torpaqlarının işğalı dövründə İƏT qətiyyətli mövqe nümayiş etdirib
Azərbaycan daim İƏT-in ardıcıl dəstəyini hiss edib.
Xəbər Exxəbər verir ki, bu barədə Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmail Uld Şeyx Əhmədə təbrik məktubunda deyilir.
Dövlət başçısı qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzü zamanı və postmüharibə dövründə İƏT qətiyyətli mövqe nümayiş etdirərək, işğalı şiddətlə qınayan, Azərbaycanın haqq işini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən, azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərini alqışlayan qətnamələr və bəyanatlar qəbul edib:
“Biz bütün bunları yüksək qiymətləndiririk”.









