Tramp Si Cinpinlə görüşün əsas mövzularından birini açıqlayıb
ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinlə danışıqlarının əsas mövzularından birinin süni intellekt olacağını açıqlayıb.
Xəbər Experti xəbər verir ki, bu barədə Tramp “Truth Social” platformasında yazıb.
“Çin Sədri ilə ilə vacib bir gündür. Super intellekt müzakirələrin əsas mövzularından biri olacaq. Lakin mən hər şeyi olduğu kimi saxlamaq istərdim, Çinin də mövqeyi eynidir. Bu sahədə bizim əsas nəzarət mexanizmimiz Ədliyyə Nazirliyidir”, – Tramp qeyd edib.








