Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü-Zərdab magistral su xəttinin 11-ci km-də diametri 400 mm olan dəmir boruda qəza baş verib. Hazırda qəzanın aradan qaldırılması ilə bağlı hazırlıq işləri aparılır. Qəzanın aradan qaldırılması işlərinin həyata keçirilməsi […]

Xankəndidə növbəti əmək yarmarkası keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xankəndidə növbəti əmək yarmarkası təşkil edəcək. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, yarmarka sentyabrın 11-də saat 10:00-da Xankəndi Ticarət Mərkəzində keçiriləcək. Tədbirdə dövlət və özəl sektoru təmsil edən 25 müəssisə tərəfindən mühəndis, həkim, tibb bacısı, laborant, mühasib-xəzinədar, satıcı-kassir, xidmət rəisi, elektromexanik, elektrik, qaynaqçı, aşpaz, […]

Azərbaycana idxal edilən şərab üçün gömrük rüsumu dəyişib

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib. Xəbər Experti-nin xəbərinə görə, qərara əsasən, ölkəyə idxal ediləm şərab üçün idxal gömrük rüsumu 31 dekabr 2030-cu il tarixinədək 15%, lakin 1 litrinə 3,0 ABŞ dollarından az olmamaqla tətbiq ediləcək. Hazırda ölkəyə idxal edilən şərabların […]

Suriyada silah anbarında parlayış – 14 nəfər həlak olub

Suriyanın şimal-qərbindəki İdlib əyalətində yerləşən silah və sursat anbarında partlayış baş verib.  Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, Sarmada şəhəri yaxınlığındakı Bürc əl-Nimra ərazisində, magistral yol üzərində yerləşən anbarda baş verən partlayış nəticəsində 14 nəfər həyatını itirib, 10 nəfər isə xəsarət alıb. Partlayışla bağlı araşdırma davam edir.

Banqladeşdə təlim zamanı tank partlayıb – 2 ölü

Banqladeşin Çittaqonq şəhərindəki Hatazari poliqonunda təlim zamanı partlayış baş verib. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, Çin istehsalı olan “Type 59” tankının partlaması nəticəsində iki əsgər həlak olub, biri isə ağır yaralanıb. Yaralı hərbçi hava yolu ilə paytaxt Dəkkədə yerləşən xəsətəxanaya çatdırılıb. Banqladeş ordusunun rəsmiləri partlayışın səbəbini müəyyən etmək istiqamətində işlərin davam etdiyini […]

“Rusiya-ABŞ-Ukrayna danışıqları Əbu-Dabidə keçirilə bilər” – Uşakov 

“Moskva və Vaşinqton Ukrayna tərəfi ilə sülh yolu ilə nizamlanmanın, o cümlədən üçtərəfli danışıqlar formatında təmasların bərpa edilməsi imkanını müzakirə ediblər”.  Xəbər Experti xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib. “Bununla bağlı söhbət aparıldı. Yəni Ukrayna tərəfi ilə üçtərəfli formatda təmasların bərpa edilməsinin mümkünlüyü müzakirə edildi”, – o deyib.Uşakov Rusiya-ABŞ-Ukrayna üçtərəfli […]

Azərbaycanla Dünya Bankının yeni layihə təşəbbüsləri nəzərdən keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays ilə görüşüb. İqtisadiyyat Nazirliyindən bildirilib ki, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın cari vəziyyəti, reallaşdırılan layihələr və yeni layihə təşəbbüsləri nəzərdən keçirilib. KOB-ların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, iqtisadi artımın və iqtisadiyyatın şaxələndirilməsinin yeni imkanlarının araşdırılması istiqamətində Dünya Bankı ilə əməkdaşlığın […]

“Azərbaycan COP31-in təşkilində Türkiyəyə dəstəyini davam etdirəcək” – Ceyhun Bayramov

“Biz Türkiyə və Braziliyadan olan tərəfdaşlarımızla çox sıx şəkildə fəaliyyət göstəririk”. Xəbər Experti xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) açılış mərasimində deyib. Nazir bildirib ki, Azərbaycan COP31-in təşkilində Türkiyəyə dəstəyini davam […]

XİN rəhbəri: Azərbaycan iqlim gündəliyi üzrə əldə etdiyi uğurları davam etdirməkdə qətiyyətlidir

“Artıq iqlim dəyişikliyinin təsirləri açıq şəkildə görünür və bu, danılmaz bir reallığa çevrilib. Bizim regionumuzda da bunun təsirlərini aydın şəkildə müşahidə etmək mümkündür”. Xəbər Experti xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) […]