Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının Xətai rayonunda aparılacaq təmir işləri ilə əlaqədar sentyabrın 12-də saat 07:00-dan etibarən üç ünvanda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bildirilib ki, məhdudiyyət rayonun Abdulla Rəhimov, İlqar Abbasov, Həzi Aslanov küçələrində tətbiq olunacaq. Qeyd olunub ki, təmir işləri ilə əlaqədar sözügedən ərazilərdə nəqliyyatın hərəkəti tam və […]

Azərbaycan Çinlə investisiya əməkdaşlığını gücləndirir

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Çinlə investisiya əməkdaşlığının gücləndirilməsi və qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarının genişləndirilməsi məqsədi ilə 6–11 sentyabrda bu ölkəyə işgüzar səfər edib. Xəbər Experti Fonda istinadən xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti bir sıra beynəlxalq maliyyə qurumları, investisiya şirkətləri və dövlət qurumlarının nümayəndələri ilə […]

“Mənim məktəbim” anlayışından “bizim məktəblərimiz” anlayışına keçməliyik” –  Emin Əmrullayev

“Təhsil siyasətinin düzgün şəkildə sinif otağına qədər çatdırılması və müəyyənləşdirilən yanaşmaların təhsil prosesində həyata keçirilməsi vacibdir”. Xəbər Experti xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib. O bildirib ki, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün müəllimlərin keyfiyyəti artırılmalı, məktəbəqədər təhsilin əhatəliliyi genişləndirilməli, məktəblərdə nizam-intizam təmin olunmalı və şagirdlərin […]

“Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi” – Hikmət Hacıyev

“Azərbaycan və Ermənistan liderləri arasında bu yaxınlarda baş tutan görüş çox konstruktiv mühitdə keçdi”. Xəbər Experti xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzində çıxışı zamanı deyib. “Hər iki tərəf sülh gündəliyini daha da irəli aparmaq, iki […]

Diplomatik korpus Xankəndidəki Mədəniyyət Mərkəzini ziyarət edib

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndidəki Mədəniyyət Mərkəzini ziyarət ediblər. Xəbər Experti xəbər verir ki, qonaqlara mərkəzin fəaliyyəti, infrastrukturu və burada keçirilən mədəni tədbirlər barədə məlumat verilib. Xatırladaq ki, bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ […]

Bakıda Azərbaycan və Türkiyənin energetika nazirlərinin görüşü olub

Bakıda Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazovla Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar arasında ikitərəfli görüş keçirilib. Energetika Nazirliyindən verilən xəbərə görə, görüşdə ortaq tarixə, milli köklərə və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının son illərdə müttəfiqlik səviyyəsinə yüksəlməsinin enerji əməkdaşlığına da yeni məzmun qazandırdığı qeyd olunub. Birgə enerji layihələrinin iki […]

Məleykə Abbaszadə: Monitorinqlərin nəticələri son 10 ildə şagirdlərin savadlılığının artdığını göstərir

Monitorinqlərin nəticələri son 10 ildə şagirdlərin savadlılığının artdığını göstərir. Xəbər Experti xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə təhsil işçilərinin sentyabr konfransında deyib. Onun sözlərinə görə, son 10 ildə aparılan monitorinqlərin nəticələrinə əsasən, hazırda şagirdlərin savadlılığı artıb: “2012-ci ildə bir kənd məktəbində 9-cu siniflər arasında aparılan monitorinqdə oxumağı bilməyən şagirdlərlə rastlaşmışdım. […]

Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib – Böyük Dəbilqə

Azərbaycan cüdoçularının Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək “Böyük Dəbilqə” turnirində rəqibləri müəyyənləşib. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, püşkatmanın nəticələrinə görə idmançılarımızın ilk rəqibləri bəlli olub. Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda Azərbaycan 11 çəki dərəcəsində 16 cüdoçu (12 kişi, 4 qadın) ilə təmsil olunacaq. Turnirdə 67 ölkədən 504 idmançı (308 kişi, 196 qadın) […]

Azərbaycan və “Huawei” birgə innovasiya mərkəzi yaradılmasını müzakirə edib

Azərbaycan və Çinin “Huawei” şirkəti arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi, xüsusilə süni intellekt, data mərkəzləri, 5G və bulud texnologiyaları üzrə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib. Xəbər Experti xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsində hesabında bildirib. Müzakirələr nazirin “Huawei Technology” şirkətinin baş vitse-prezidenti Filip Qanla […]

AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, AYNA sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 567 nömrəli şəhərətrafı, eləcə də Bakı-Sınıq Körpü, Bakı-Zaqatala, Bakı-Mingəçevir, Bakı-Qusar, Bakı-Quba, Bakı-Xudat, Sumqayıt-Kürdəmir, Mingəçevir-Gəncə, Gəncə-Yevlax, Yevlax-Gəncə, Lənkəran-Sumqayıt, Balakən-Gəncə, Zaqatala-Gəncə, Salyan-Lənkəran, […]