#Ölkə

Ukrayna vətəndaşı Polşada monastıra hücum edib, keşiş ölüb

Ukrayna vətəndaşı Polşanın Yaroslav şəhərindəki monastırda bıçaqla beş nəfəri yaralayıb. 

Xəbər Experti xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Hadisə bu gün səhər saatlarında baş verib. Xəsarət alan dörd kişidən üçü keşişdir, qaıan bir nəfər isə qadındır. Yaralıların hamısı xəstəxanaya çatdırılıb. Üç kişinin vəziyyətinin ağır olduğu bildirilib, daha sonra onlardan biri vəfat edib.

Hücum edən şəxs polis tərəfindən saxlanılıb.

Yaroslav şəhərinin meri Marsin Nazareviç məktəblərdə, müxtəlif müəssisələrdə və kilsə icmalarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə göstəriş verib. O, həmçinin binalara daxil olan şəxslərə daha çox diqqət yetirməyə çağırıb.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir