Almaniyada anomal istilər üzündən 10 min insan ölüb

Anomal istilər üzündən Almaniyada 9800 insan dünyasını dəyişib. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumatda bu rəqəmin statistikanın aparıldığı 2016-cı ildən bu yana ən yüksək göstərici olduğu, üstəlik, göstəricinin iyulun 19-a kimi hesablandığı da bildirilir.  Dünyasını dəyişənlərin üzərində aparılan pataloji-anatomiya müayinəsindən sonra onlardan 10 minə yaxınının […]

Avropada meşə yanğınları 500 min hektar ərazini məhv edib

Bu ayın əvvəllərindən başlayan meşə yanğınları Avropa İttifaqına üzv olan ölkələrdə 500 min hektara yaxın ərazinin məhvinə səbəb olub. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Copernicus” Avropa İqlim Xidmətinin apardığı monitorinqlə bağlı hesabatında bildirilir. Məlumatda həmçinin, iyula kimi yanmış ərazilərin 128,6 hektar olduğu, bu ayın sonuna kimi isə 434,9 hektara qalxdığı […]

“Türkiyə ilə normallaşma üzrə yeni xüsusi nümayəndənin təyininə baxılır” – Paşinyan

“Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşma prosesində Ermənistan yeni xüsusi nümayəndəsinin namizədliyini nəzərdən keçirir”. Xəbər Experti xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə deyib. “Xüsusi nümayəndə ilə bağlı hələlik qərar qəbul edilməyib. Türkiyə ilə müvafiq qərarlar qəbul edə bilmək üçün işimizi necə, hansı məntiqlə və hansı formatda davam etdirəcəyimizi müzakirə etməliyik. Hazırda […]

Argentinada helikopter qəzası – 7 nəfər ölüb

Argentinanın qərbindəki San Xuan əyalətində helikopter qəzaya uğrayıb. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində Əyalət Mülki Müdafiə Direktoru və təhlükəsizlik rəsmiləri də daxil olmaqla yeddi nəfər həlak olub. San Xuan qubernatoru Marselo Orreqo sosial mediada “Bell 412” helikopterinin hələlik müəyyən edilməmiş səbəbdən San Xuanın İçiqualasto Əyalət Parkı ərazisində qəzaya uğradığını təsdiqləyib. […]

Dövlət Komitəsində kollegiya iclası olub, tapşırıqlar verilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib. Xəbər Experti xəbər verir ki, bu barədə Dövlət Komitəsindən məlumat verilib. Sədr Rövşən Rzayev işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə aparıldığını, keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə böyük həvəslə qayıtdıqlarını bildirib. Kollegiya iclasında Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq köçürülmə […]

İtaliya klubunun futbolçusu yoxa çıxıb

İtaliyanın “Leççe” klubunun hücumçusu Lamek Banda komanda ilə əlaqəni kəsib. Xəbər Experti xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb. Mənbənin iddiasına görə, Zambiya millisinin 24 yaşlı oyunçu Avstriyada keçirilən mövsümöncəsi təlim-məşq toplanışına qatılmayıb. Futbolçu bunu sənədlərlə bağlı problem yaşaması ilə əsaslandırsa da, sonradan klubun zəng və mesajlarına cavab verməyi dayandırıb. Bildirilir […]

Gələn həftə kolleclərə ixtisas seçimi başlayır

9 illik təhsil bazasından kolleclərə ixtisas seçimi avqustun 3-də başlayır. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, ixtisas seçimi avqustun 9-dək aparılacaq. “Abituriyent” jurnalının 3-cü nömrəsini və “Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2025-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları”nı nəşr edib.

Azərbaycanın 5 qadın güləşçisi dünya çempionatında mübarizəyə qoşulacaq

Bakıda təşkil olunan güləş üzrə U-17 dünya çempionatı davam edir. Xəbər Experti-nin məlumatına görə, turnirin 4-cü günündə Azərbaycanın daha 5 güləşçisi xalça üzərinə çıxacaq. Fatimə Bayramova (53 kq) təsnifat mərhələsində israilli Sela Rozovla üz-üzə gələcək. Fidan Babayeva (61 kq) və Simurə Abdullayeva (69 kq) 1/8 finaldan, Gülxanım Şirinova (40 kq) və Nuray Cəfərli (46 kq) […]

Serbiyanın 3 əyalətində fövqəladə vəziyyət elan edildi

Voyevodina Avtonom Bölgəsinin Fövqəladə Hallar üzrə Qərərgahı Sombor, Kula və Vrbas əyalətlərində fövqəladə vəziyyət elan edib. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Dunay çayında suyun səviyyəsinin kritik həddə enməsidir. Qərargahdan verilən məlumata görə, Dunayın bu əyalətlərdə keçən hissəsində suyun səviyyəsi 127 sim azalıb. Bu isə tarixi antirekord deməkdir. Qeyd edək ki, […]

Gürcüstanın Baş prokuroru Azərbaycana səfər edib

Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidzenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfər çərçivəsində Fəxri xiyabanı ziyarət edərək, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyəti, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor […]