#Dünya

Serbiyanın 3 əyalətində fövqəladə vəziyyət elan edildi

Voyevodina Avtonom Bölgəsinin Fövqəladə Hallar üzrə Qərərgahı Sombor, Kula və Vrbas əyalətlərində fövqəladə vəziyyət elan edib.

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Dunay çayında suyun səviyyəsinin kritik həddə enməsidir.

Qərargahdan verilən məlumata görə, Dunayın bu əyalətlərdə keçən hissəsində suyun səviyyəsi 127 sim azalıb. Bu isə tarixi antirekord deməkdir.

Qeyd edək ki, suyun səviyyəsinin düşməsi bir çox problemlərin yaranmasına, əsasən də Dunay-Tisa-Dunay hidrosisteminin işinə ciddi təsir göstərir.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir