Azərbaycan güləşçisi finalda uduzdu

Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatında final görüşünə çıxıb. Xəbər Experti xəbər verir ki, 80 kq çəki dərəcəsində yarışan idmançı həlledici qarşılaşmada iranlı Alireza Hassan Rezaeiyə uduzaraq (1:2) gümüş medalla kifayətlənib. Qeyd edək ki. bu gün Azərbaycan güləşçilərindən Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) bürünc medal qazanıb. 

I və IV ixtisas qrupları üzrə imtahanlarda ən yüksək nəticə göstərən abituriyentlər məlum olub

Dövlət İmtahan Mərkəzinin (DİM) iyulun 12-də keçirdiyi qəbul imtahanında I və IV ixtisas qrupları üzrə ən yüksək nəticə göstərən abituriyentlər müəyyənləşib. DİM-dən bildirilib ki, imtahanda I ixtisas qrupu üzrə maksimum nəticə olan 400 balı 2 nəfər, IV ixtisas qrupu üzrə isə 15 nəfər toplayıb. I ixtisas qrupu üzrə qəbul imtahanının hər iki mərhələsinin nəticələrinin cəminə […]

Azərbaycandan İrana qisas cavabı

Azərbaycan İranın Səhər TV kanalını və Mehr xəbər agentliyinin Azərbaycanda qanunsuz fəaliyyət göstərdiyinə qərar verib. Bu, İranın dövlət yayımçısı tərəfindən AzTV-nin “düşmən media qurumları” siyahısına daxil edilməsinə cavabdır. Azərbaycanın Medianın İnkişafı Agentliyi iyulun 27-də yaydığı bəyanatda bildirib ki, İranın AzTV ilə bağlı qərarı təəccüb doğurur və Azərbaycan bu məsələdə qarşılıqlılıq prinsipindən çıxış edəcək. Qurumun açıqlamasına […]

Azərbaycanın regional hava limanlarının inkişaf potensialı müzakirə edilib

Azərbaycan Belçika ilə regional hava limanlarının inkişaf potensialını və ölkənin beynəlxalq hava əlaqələrinin daha da genişləndirilməsi istiqamətində görülən işləri müzakirə edib. Xəbər Experti xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İdarə Heyətinin sədri Samir Rzayev sosial şəbəkələrdəki hesabında bildirib. Onun sözlərinə görə, müzakirələr Belçikanın Azərbaycandakı səfiri Julyen de Frepon arasında görüşdə aparılıb. “Görüş […]

Sabahın havası

İyulun 29-da gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % təşkil edir. Azərbaycanın rayonlarında havanın […]

Bakıda boş yer qalan 5 məktəbə I sinif üzrə prioritetsiz qəbul aparılacaq

29 iyul 2026-cı il saat 11:00-dan etibarən tədrisi digər dildə aparılan bölmə üzrə uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 5 məktəbdə boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq. Bu barədə BŞTİ-dən məlumat verilib. Bildirilib ki, qeyd edilən tarixdən sonra məktəb və müəllim seçimində üstünlük […]

Mançini yenidən İtaliya millisinə rəhbərlik edəcək

İtaliya millisinin yeni baş məşqçisi müəyyənləşib. Xəbər Experti xəbər verir ki, tanınmış italiyalı mütəxəssis Roberto Mançini yığmanı çalışdırmaq təklifini qəbul edib. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Daha əvvəl Andrea Pirlonun Rusiya bukmeker şirkəti ilə əlaqələrinə görə millinin baş məşqçisi olmayacağı bildirilmişdi. Qeyd edək ki, Mançini 2019-2023-cü illərdə də bu vəzifədə çalışıb. O, İtaliya […]

Çində ardıcıl iki zəlzələ

Çinin şimal-qərbindəki Çinqhay əyalətində ardıcıl iki zəlzələ baş verib.  Xəbər Experti xəbər verir bu barədə Çin Zəlzələ Şəbəkələri Mərkəzi açıqlama yayıb. Bildirilib ki, Çinqhay əyalətinin paytaxtı Xininqdən təxminən 244 kilometr məsafədə 5.7 və 5.8 bal gücündə iki zəlzələ qeydə alınıb. 10 kilometr dərinlikdə baş verən birinci zəlzələ yerli vaxtla saat 11:16-da, ikincisi isə saat 11:34-də […]

Fransada dəhşətli olay, evdən 5 körpə meyiti tapıldı

Dünən Voklyuz əyalətinin Oranj şəhərində dəhşətli olay yaşanıb.  Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, polis yaşayış evlərinin birində 5 yeni doğulmuş körpənin meyitini aşkarlayıb. Meyitlər karton qutularda olub. Mənzil adı açıqlanmayan cütlüyə məxsusdur. O da məlumdur ki, qadın hamilə imiş və dünən dünyaya sağlam uşaq gətirib. Həmin körpədən başqa daha 4 uşağın da […]

Reinteqrasiya tədbirləri nəticəsində 913 uşaq müəssisələrdən ailələrinə qaytarılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başladığı 2020-ci ildən ötən dövrdə qurum tərəfindən həyata keçirilən reinteqrasiya tədbirləri nəticəsində 913 uşağın sosial xidmət müəssisələrindən ailələrinə qayıdışına nail olunub. Xəbər Experti-ə ƏƏSMN-dən verilən məlumata görə, uşaqların ailə himayəsinə qaytarılması prosesində ailələrə sosial dəstək tədbirlərini özündə əks etdirən ailə inkişaf planları tərtib edilir. […]