Pakistanda kömür mədənində partlayış, azı 34 ölü

Pakistanın cənubunda, Belucistan əyalətindəki kömür mədənlərinin birində güclü partlayış baş verib. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində azı 34 nəfər həlak olub. İlkin məlumata görə, partlayışa metan qazının sızması səbəb olub. Fövqəladə hallar nazirliyinin məlumatına görə, xilasetmə əməliyyatı davam edir. Partlayış zamanı mədəndə nə qədər insanın olduğu məlum deyil. Bu üzdən […]

DİM 150 balla qəbul mümkün olan ixtisasları açıqlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin seçə biləcəyi ixtisasları açıqlayıb. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, I ixtisas qrupu üzrə aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət […]

İspaniyaya keçməyə çalışarkən 18 mərakeşli miqrant həlak olub

Mərakeşin Kastilyos sahillərindən Şimali Afrikadakı İspaniya ərazisi olan Seuta keçməyə çalışarkən 18 qeyri-qanuni miqrant həlak olub.  Xəbər Experti xəbər verir ki, bu barədə İspaniya mətbuatı yazıb. Qeyd olunub ki, son bir həftə ərzində 1500 nəfər Mərakeşdən Seutaya, əsasən üzərək keçib. Lakin rəsmi rəqəmlər hələ açıqlanmayıb.

Bu dövlət adını dəyişdi

Sakit okeanda yerləşən Nauru dövlətinin adı dəyişdirilib. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, indən belə ada-dövlət Naoero Respublikası adlandırılacaq. Bu barədə hökümətin rəsmi sosial şəbəkə hesabında məlumat yayılıb. Bundan başqa Naoero Respublikası tanınmayan Cənubi Osetiya və Abxaziya ilə diplomatik əlaqələrin dərhal dayandırıldığını da elan edib. Bu barədə diplomatik yollarla bilgi ötürüləcəyi qeyd olunub. […]

Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub

Qırğızıstanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 31-də Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi keçirilib. Xəbər Experti xəbər verir ki, Azərbaycanın və Qırğızıstanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport […]

Ermənistan üçün seçim anı: Ya Aİİ, ya da Aİ-Expert rəyi

Aytən Paşayeva Rusiya-Ermənistan Münasibətlərində Qopma Nöqtəsi: İrəvanın “Alternativ” Axtarışı və Moskvanın İqtisadi BumeranqıCənubi Qafqaz geopolitikasında son dövrlər müşahidə olunan dinamika Moskva və İrəvan arasındakı gərginliyin sadəcə diplomatik ritorika deyil, artıq dərin struktur böhranına çevrildiyini göstərir. İyulun 27-də Nikol Paşinyan ilə Vladimir Putin arasında baş tutan telefon danışığından sızan məqamlar və ardınca verilən bəyanatlar tərəflər arasındakı […]

Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşıb

Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşıb. Xəbər Experti xəbər verir ki, bununla bağlı iki ölkə arasında imzalanmış sənədlərin iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə mübadiləsi mərasimi olub. Belə ki, Azərbaycanın Şuşa şəhəri ilə Qırğızıstanın Çolpon-Ata şəhəri arasında, Qəbələ şəhəri ilə Karakol şəhəri arasında, Gəncə şəhəri ilə Oş şəhəri […]

Doktorantura ixtisaslarının təsnifatına 3 yeni ixtisas əlavə edilib

Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların təsnifatında dəyişiklik edilib. Xəbər Experti xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nın “56. Hüquq elmləri” bölməsinə “5615.01 Mülki proses” ixtisasından sonra aşağıdakı ixtisaslar əlavə edilib: – Ədalət mühakiməsi hüququ – Hava hüququ və hava məkanının təhlükəsizliyi […]

Qəzzada məscid bombalanıb

İsrail ordusu Şimali Qəzzada bir məscidi bombalayıb.  Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, İsrail qüvvələri məscidin HƏMAS-a məxsus olduğunu və silah anbarı kimi istifadə edildiyini iddia edib. Qeyd edək ki, İsrailin hücumları nəticəsində 2023-cü ilin oktyabr ayından Qəzza zolağındakı 1275 məsciddən 1050-si tamamilə dağıdılıb, 191-i isə zərər görüb.