Danimarka Aİ-ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

“Avropa İttifaqı İspaniyanın Şengen zonasındakı üzvlüyünü dayandırmağı nəzərdən keçirməlidir”. Xəbər Experti xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen Frans Press Agentliyinə bildirib. “Avropa İttifaqı dərhal bütün zəruri tədbirləri görməli və Şengen zonası çərçivəsində əməkdaşlığı dayandırmaq da daxil olmaqla, bütün bütün mümkün variantları nəzərdən keçirməlidir”, – Baş nazir deyib. Frederiksen qeyd edib ki, o, […]

Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb. Xəbər Experti xəbər verir ki, o, Avropa Liqasının III təsnifat mərhələsində Cəbəllüttariqin “Linkoln” və Kiprin “Omoniya” komandaları arasında keçiriləcək ilk matçın baş hakimi olacaq. Referiyə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Avstriyalı Alan Kijas […]

Azərbaycanda süni intellektin maliyyə sektorunda tətbiqi müzakirə olunub

Azərbaycan Mərkəzi Bankında (AMB) süni intellektin maliyyə sektorunda tətbiqi müzakirə olunub. Xəbər Experti bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, qurumun sədr müavini Vüsal Xəlilovun rəhbərliyi ilə “Bank sektorunun rəqəmsal transformasiyasının genişləndirilməsi və süni intellektin tətbiqi” mövzusunda dəyirmi masa keçirilib. AMB rəsmisi ölkənin rəqəmsal transformasiya və süni intellektin tətbiqi gündəliyinin bank sektorunda ardıcıl şəkildə […]

Sərinləmək İstəyinin Faciəvi Sonu: Xəzər Sahillərində Gizlənən Səssiz Təhlükə

Yayın gəlişi ilə havaların kəskin qızması minlərlə insanı sərinləmək və istirahət etmək üçün dəniz sahillərinə sövq edir. Lakin təəssüf ki, hər mövsüm dəniz sahili yalnız dincəlmək yeri deyil, həm də bir anlıq ehtiyatsızlıq və məsuliyyətsizlik səbəbindən insan həyatının yarımçıq qaldığı faciə məkanına çevrilir. Statistika və gündəlik müşahidələr göstərir ki, boğulma hadisələrinin əksəriyyəti təsadüfi deyil; bu, […]

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri iyulun 31-də başa çatıb. Xəbər Experti xəbər verir ki, Çolpon-Ata şəhərinin İssık-Kul Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğız Respublikasının Baş naziri Adılbek Kasımaliyev və digər rəsmi şəxslər yola saldılar.

Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsində hakimlər kollegiyası müşavirəyə gedib

İyulun 31-də Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik […]

Fransada meşə yanğınları zamanı güclü partlayış

Fransanın qərbində tüğyan edən meşə yanğınları zamanı 2-ci Dünya Müharibəsindən qalmış silah-sursat anbarında güclü partlayışlar baş verib. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, olay Le Porj kəndində yaşanıb. Kəndin meri Marsyal Zaninettinin verdiyi məlumata görə, 2-ci Dünya Müharibəsi dövründə gizlədilmiş sursat anbarındakı raket və qumbaralar istinin təsirindən partlamağa başlayıb. Anbar torpağın altında qaldığından […]

Kanadada məscidə silahlı hücum

Kanadanın Vinnipeq şəhərində silahlı şəxslər məscidə hücum ediblər.  Xəbər Experti xəbər verir ki, bu barədə şəhərdəki Rəhma İslam Mərkəzi məlumat yayıb. Hadisənin əvvəlki gecə baş verdiyi bildirilib. Qeyd olunub ki, camaat üzvləri içəridə olarkən iki nəfər məscid binasına maşından atəş açıb, sonra pəncərələri əşya ilə sındıraraq ziyan vurub. Hücumda ölən və ya yaralanan olmayıb və […]

İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışı olub – YENİLƏNİB

İyulun 31-də Qırğızıstanda, İssık-Kul gölünün sahilində beşulduzlu “Baku Resort & Spa” mehmanxanasının açılışı olub. Xəbər Experti xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Qırğız Respublikasının Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və birinci xanım Ziroatxon Mirziyoyeva, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan […]

Küveyt İran PUA-sını məhv edib

Küveytin hava hücumundan müdafiə sistemləri ölkə ərazisindəki hədəflərə hücum etməyə çalışan İranın bir neçə pilotsuz uçuş aparatlarını (PUA) məhv edib. Xəbər Experti xəbər verir ki, bu barədə Küveyt Baş Qərargahının “X” hesabında bildirilib. Məlumata görə, vurulan PUA-ın qalıqlarının yerə düşməsi maddi ziyana səbəb olub. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.