#Dünya

“Türkiyə ilə normallaşma üzrə yeni xüsusi nümayəndənin təyininə baxılır” – Paşinyan

“Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşma prosesində Ermənistan yeni xüsusi nümayəndəsinin namizədliyini nəzərdən keçirir”.

Xəbər Experti xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə deyib.

“Xüsusi nümayəndə ilə bağlı hələlik qərar qəbul edilməyib. Türkiyə ilə müvafiq qərarlar qəbul edə bilmək üçün işimizi necə, hansı məntiqlə və hansı formatda davam etdirəcəyimizi müzakirə etməliyik. Hazırda bu məsələ ilə bağlı müzakirələr aparılır”, – Paşinyan bildirib. 

Xatırladaq ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə Ermənistanın əvvəlki xüsusi nümayəndəsi Ruben Rubinyanın parlamentin sədri vəzifəsinə namizədliyi irəli sürülüb.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir