Avropada meşə yanğınları 500 min hektar ərazini məhv edib
Bu ayın əvvəllərindən başlayan meşə yanğınları Avropa İttifaqına üzv olan ölkələrdə 500 min hektara yaxın ərazinin məhvinə səbəb olub.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Copernicus” Avropa İqlim Xidmətinin apardığı monitorinqlə bağlı hesabatında bildirilir.
Məlumatda həmçinin, iyula kimi yanmış ərazilərin 128,6 hektar olduğu, bu ayın sonuna kimi isə 434,9 hektara qalxdığı da qeyd edilir. Təkcə son 1 həftədə meşə yanğınları 187,8 hektar ərazini məhv edib ki, bu da son 20 ildə ən yüksək göstəricidir.
Başqa bir problem havaya buraxılan karbon qazıdır. Təkcə iyulun 22-dən 29-a kimi təbii fəlakət nəticəsində atmosfer 9 meqaton karbon qazı ilə çirklənib.
Xatırladaq ki, bu yay anomal hava şəraiti ilə əlaqədar Avropanın bir çox ölkələrində meşə yanğınları tüğyan edir. Onlardan ən çox zərər görənlər isə Portuqaliya, İspaniya, Fransa, İtaliya və Yunanıstandır.










