AZAL Qarsa uçuşlara başlayıb

Azərbaycan Hava Yolları (AZAL) Türkiyənin Qars şəhərinə ilk uçuşunu uğurla həyata keçirib. Bu barədə AZAL-dan məlumat verilib. Qars istiqamətində həyata keçirilən ilk reysin sərnişinləri Qars Harakani Hava Limanında xüsusi mərasimlə qarşılanıblar. Yeni marşrut üzrə reyslər həftədə iki dəfə – cümə axşamı və bazar günləri həyata keçiriləcək. Bu istiqamətin açılması Azərbaycan və Türkiyə arasında hava əlaqələrinin […]

UEFA-nın 55 üzvü FIFA yarışlarını boykot edəcək – Bəyanat

UEFA və quruma üzv olan 55 milli assosiasiya FIFA-nın dünya çempionatı və digər turnirlərdəki mülkiyyət paylarını özəl investorlara vermək planına qarşı birgə bəyanat yayıb. Xəbər Experti xəbər verir ki, bəyanat UEFA-nın saytlnda yayımlanlıb. Sənəddə sözügedən təklifin yekdilliklə və qəti şəkildə rədd edildiyi bildirilib. “Dünya çempionatına investisiya məhsulu kimi yanaşmaq olmaz. Bu turnir futbolun ən böyük […]

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya olunur

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Ukraynanın səlahiyyətli orqanlarına ünvanlanmış ekstradisiya sorğusu və beynəlxalq müqavilələrin tələblərinə uyğun təqdim edilmiş sənədlər əsasında İsmayılov Əlağa Məzahir oğlunun Azərbaycan Respublikasına ekstradisiyası barədə qərar qəbul edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bununla da son bir il ərzində Ukrayna ərazisində müəyyən edilərək Azərbaycan Respublikasına təhvil verilməsi […]

Prezident İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Qolf Klubun açılışında iştirak edib

İyulun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə birlikdə Çolpon-Ata şəhərindəki “Issyk-Kul Golf Resort” kompleksində Qolf Klubun açılışında iştirak edib. Xəbər Experti xəbər verir ki, əvvəlcə “Issyk-Kul Golf Resort” kompleksi və Qolf Klub barədə videoçarx nümayiş olundu. Qolf Klub […]

Kiberpolis vətəndaşların kart məlumatlarını ələ keçirən daha iki şəxsi saxlayıb

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi müxtəlif alış-veriş platformaları, həmçinin bank və bank olmayan kredit təşkilatlarına məxsus internet səhifələrini təqlid edən saxta fişinq saytlar yaradaraq vətəndaşların kart məlumatlarını ələ keçirən daha iki şəxsi saxlayıb. Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, kiberpolisin keçirdiyi əməliyyat-axtarış və texniki tədbirlərlə qeyd olunan cinayət əməllərini törətməkdə […]

Ağcabədidə 1 nəfər suvarma kanalında batıb, axtarışları aparılır

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112″ qaynar telefon xəttinə Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Avşar kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Hazırda vətəndaş – 1980-ci il təvəllüdlü […]

Bakı Qızlar Universitetində təhsil alan tələbələr digər universitetlərə köçürüləcək

Bakı Qızlar Universitetində təhsil alan tələbələrin təhsilinin fasiləsizliyinin və təhsil hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə ixtisaslarına uyğun köçürülməsi təmin ediləcək. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. “Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin […]

Bakı Qızlar Universiteti bağlanıb

Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, akkreditasiya təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və onun statusunun müəyyən edilməsini təsdiq edən prosedurdur və hər 5 ildən bir həyata keçirilir. 10 iyul 2026-cı il tarixində keçirilmiş Akkreditasiya Şurasının iclasında Bakı […]

Nigeriyada silahlı hücumda 14 nəfər həlak olub

Nigeriyanın Benue əyalətində kəndlilər silahlı hücuma məruz qalıblar.  Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Benue əyalətinin qubernatorunun katibi Tersoo Kula bildirib. O, hücumun Efeyi ştatında baş verdiyini, hücumda 14 nəfərin həyatını itirdiyini və bir çox insanın yaralandığını qeyd edib. Qeyd edək ki, Benue əyalətində vaxtaşırı bu cür hücumlar baş verir. Ən […]

Dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib. Xəbər Experti xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Bu gün FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Goradil” sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.