#Ölkə

Sabah Abşeron çimərliklərində hava necə olacaq?

Avqustun 4-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Abşeron çimərliklərində şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 26-27, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil və Şıxda 27-28 dərəcə isti olacaq.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir