Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək

Avqustun 9-u axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 11-dək əsasən dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.

Kiberpolis xarici saytlara hücumlar təşkil edən şəxsləri saxlayıb

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat-texniki tədbirlər nəticəsində müxtəlif xarici ölkələrin informasiya sistemlərinə kiberhücumlar təşkil etməkdə şübhəli bilinən 23 yaşlı Ramil Feyziyev və 22 yaşlı Elçin Abdullazadə saxlanılıblar. DİN-in Mətbuat xidmətindən verilən xəbərə görə, araşdırmalarla müəyyən olunub ki, saxlanılan şəxslər xarici dövlətlərə məxsus çoxsaylı veb-saytların serverlərinə müdaxilələr edərək […]

Bakıda parkdan oğurluq edilib

Binəqədi rayonunda fəvvarənin metal konstruksiyalarını oğurlayan şəxs saxlanılıb. Xəbər Experti DİN-ə istinadən xəbər verir ki, Binəqədi rayonu ərazisində yerləşən parkların birində quraşdırılan fəvvarənin ümumi dəyəri 4200 manat olan metal konstruksiyaları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 48 yaşlı A.Əbdülrəhmanov müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Həftəsonu güclü külək əsəcək

Milli Hidrometeorologiya Xidməti avqustun 8-9-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Xəbər Experti xəbər verir ki, xəbərdarlıqda deyilir: “Naxçıvan MR, Cəbrayıl, Goranboy, Naftalan, Daşkəsən, Mingəçevir, Cəlilabad, Biləsuvar, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Qusarda sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək”.

Azərbaycanda taxıl biçini başa çatmaq üzrədir

Bu il avqustun 3-nə operativ məlumata görə, Azərbaycanda payızlıq və yazlıq dənli və dənli-paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 994,9 min hektar sahənin 925,1 min hektarı, yəni 93 %-i biçilib. Xəbər Experti bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, sahələrdən 3 131,9 min ton məhsul toplanıb, hər hektardan orta məhsuldarlıq 33,9 […]

Abşeronda usta kimi işləyən şəxslər mənzildən qızıl oğurlayıblar

Abşeronda yerləşən mənzillərin birindən ümumi dəyəri 5 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən X.Cavadov və N.Mustafayev müəyyən edilərək saxlanılıblar. Araşdırmalar zamanı onların qızıl-zinət əşyalarını usta kimi işlədikləri mənzildən oğurladıqları müəyyən edilib. Araşdırmalar davam etdirilir.

“Qarabağ”dan Elvin Cəfərquliyev açıqlaması

“Qarabağ”ın ötən gün Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Dinamo” ilə ilk oyununda zədələnən futbolçusu Elvin Cəfərquliyevin durumu haqda açqlama yayıb. Xəbər Experti xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat bölüşüb. Bildirilib ki, 26 yaşlı müdafiəçinin vəziyyəti hələ dəqiq müəyyənləşməyib. O, MRT müayinəsi olunacaq. Klub müayinədən sonra futbolçunun durumu haqda daha dəqiq məlumat yayacağını […]

Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır

Yeni tədris ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır. İdarədən bildirilib ki, hazırda 57, 68 və 141 nömrəli tam orta məktəblər sökülərək yenidən tikilir. Eyni zamanda, İncəsənət Gimnaziyasında, 352 nömrəli uşaq bağçasında, Nəriman Qəhrəmanov adına körpələr evi–uşaq bağçasında və Etibar Ömərov […]

İsrail səfiri Gəncə və Mingəçevirə səfər edib

İsrailin Azərbaycandakı səfiri Ronen Krausz 5-6 avqust tarixlərində Gəncə və Mingəçevirə səfər edib.  Xəbər Experti xəbər verir ki, bu barədə İsrail səfirliyi məlumat yayıb. Qeyd edilib ki, səfər Azərbaycan və İsrail arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi, regionlararası əlaqələrin inkişafı və iqtisadi, mədəni, humanitar, kənd təsərrüfatı və enerji sahələrində əməkdaşlıq imkanlarının araşdırılması baxımından mühüm imkan […]

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb. Xəbər Experti xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla Baş nazirin müavini Samir Şərifov Təşkilat Komitəsinin sədri, iqtisadiyyat naziri isə sədr müavini təyin edilib. Təşkilat Komitəsinin üzvləri isə aşağıdakılardır: Azərbaycanın xarici işlər naziri Azərbaycanın maliyyə naziri Azərbaycanın mədəniyyət naziri Azərbaycanın daxili işlər naziri Azərbaycanın […]