İtaliyada yanğınlar nəticəsində 70 min hektar ərazi kül olub
Bu yay İtaliyada meşə yanğınları nəticəsində təxminən 70 min hektar ərazi kül olub.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) hesabatında qeyd olunub. Bu rəqəm təxminən 100 min futbol meydançasına bərabərdir.
Yanğınların təxminən üçdə biri qorunan ərazilərdə baş verib və son 20 ildə meşə yanğınları nəticəsində məhv olan torpaq sahəsi 133 faiz artıb.
Digər Avropa ölkələrində də vəziyyət ağırdır. İspaniyada 219 min, Fransada isə 91 min hektar ərazi yanıb.










