Özbəkistanın birinci xanımı Mehriban Əliyevaya zəng edib

Avqustun 26-da Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəng edib. Xəbər Experti xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Ziroatxon Mirziyoyeva Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edərək, səmimi arzularını çatdırıb. O, bir neçə gün əvvəl Azərbaycanın Birinci vitse-prezidenti ilə Özbəkistanda görüşlərini ən xoş təəssüratlarla xatırlayıb. […]

İran Prezidentinin qızı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

İran İslam Respublikası Prezidentinin qızı Zəhra Pezeşkian Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib. Xəbər Experti xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Təbrik məktubunda deyilir: “Dəyərli və mehriban bacım. Böyük ehtiram və sevinc hissi ilə Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı bildirirəm. […]

Azərbaycan Nepal–Çin sərhədindəki daşqın nəticəsində ölən şəxslərlə bağlı başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Nepal–Çin sərhəd bölgəsində baş verən dağıdıcı daşqın və torpaq sürüşmələri ilə əlaqədar başsağlığı verib. Xəbər Experti xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib. Nazirlik təbii fəlakət nəticəsində insanların həyatını itirməsi və genişmiqyaslı dağıntıların baş verməsindən dərin kədər hissi keçirdiyini bildirib. Həyatını itirənlərin ailə və yaxınlarına başsağlığı verilib, […]

Cəlilabadda zəlzələ olub

Cəlilabadda zəlzələ olub. Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Bildirilib ki, Cəlilabad stansiyasından 14 km cənub-qərbdə Cəlilabad rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb. 3,1 maqnitudalı yeraltı təkan yerli vaxtla 18:47-də, 26 km dərinlikdə baş verib.

Əfsanəvi basketbolçunun forması hərraca çıxarılır

Əfsanəvi basketbolçu Maykl Cordanın 1998-ci il NBA finalının 3-cü oyununda geydiyi forma hərraca çıxarılacaq.  Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, formanın 10-15 milyon dollar arasında satılacağı gözlənilir. Hərrac 15-29 sentyabr tarixlərində onlayn şəkildə keçiriləcək. Xatırladaq ki, daha əvvəl Cordanın 1998-ci il NBA finalının 1-ci oyununda geyindiyi forma hərracda 10,1 milyon dollara satılıb.

Nepalda daşqınlar – yüzlərlə insan itkin düşüb

Nepalın Rasuva bölgəsində daşqın fəlakəti baş verib.  Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, Çin sərhədinə yaxın fəlakət bölgəsində Tibetə səfər etməyə hazırlaşan 384 zəvvarla əlaqə kəsilib. İlkin məlumata görə, ən azı 25 nəfərin xilas edilib, 31 nəfər isə ölüb. Rəsmilər daşqınların Bhotekoşi çayı ətrafındakı yaşayış məntəqələrinə və binalara ziyan vurduğunu qeyd ediblər və hüquq-mühafizə […]

MİQ üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanılır

28 avqust saat 15:00-dan etibarən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsinə başlanılır. Bu barədə MÜTDA-dan məlumat verilib. Namizədlər şəxsi səhifələrinə daxil olaraq ən çoxu 4 vakant yer seçə bilərlər.Vakansiya seçimi zamanı namizədlərin seçdikləri vakant yerlər üzrə elektron ərizələrini təsdiqləmələri vacibdir. Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi […]

İndoneziyada zəlzələdən ölənlərin sayı 103-ə yüksəlib

İndoneziyada avqustun 15-də baş verən 7.7 bal gücündə zəlzələdən sonra ölənlərin sayı artıb.  Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İndoneziya Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyi məlumat yayıb. Bildirilib ki, zəlzələ qurbanlarının sayı 103-ə çatıb, 1666 nəfər isə yaralanıb.

Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib. DİM-dən bildirilib ki, jurnalın yeni nömrəsində 2026/2027-ci tədris ili üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı ixtisas qrupları üzrə təqdim olunub. I, II və III ixtisas qrupları üzrə qəbul olunanların siyahıları ayrıca jurnallarda, IV və V ixtisas qrupları üzrə qəbul olunanların siyahıları isə […]

Daşkənd media forumunda “İslam sivilizasiyasının mənəvi dəyərləri” adlı sessiya keçirilib

Özbəkistanda keçirilən “İslam sivilizasiyası: yeni baxış, yeni kəşflər” Media Forumunuda “Əsrləri birləşdirən irs. İslam sivilizasiyasının mənəvi dəyərləri” adlı sessiya keçirilib. Xəbər Experti xəbər verir ki, sessiyada Quran irsi, qədim əlyazmalar, xəttatlıq, sənədli kino və tarixi mənbələrin öyrənilməsində süni intellektdən istifadə məsələləri diqqət mərkəzində olub. Əsas layihələrdən biri “114 Quran: İslam dünyasının 114 xəttatlıq şedevri” olub. […]