“Sabah”ın rəqibləri müəyyənləşdi

Bu gün UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün Liqa mərhələsinin püşkatma mərasimi keçirilib. Xəbər Experti xəbər verir ki, Monakoda keçirilən mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayıb. Liqa mərhələsinin 36 iştirakçısı 4 səbətə bölünüb. Azərbaycan çempionu “Sabah” 4-cü səbətdə yer alıb. Azərbaycan çempionu 4 oyunu evdə, 4 oyunu isə səfərdə keçirəcək.  Püşkün nəticəsinə əsasən “Sabah”ın rəqibləri […]

Azərbaycanın kimyaçı alimləri Özbəkistandakı beynəlxalq elmi platformada təmsil olunacaq

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun alim və mütəxəssislərinin Özbəkistanın aparıcı elmi və ali təhsil müəssisələri ilə birgə elmi-tədqiqat layihələrində iştirakı xüsusi əhəmiyyət daşıyır. İnstitutdan bildirilib ki, oktyabrın 22-23-də Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetində “Kompleks birləşmələr kimyası, nadir və səpələnmiş metalların kimyası, analitikası və texnologiyaları: aktual problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək. […]

Respublika Stadionunun qarşısına avtobusların girişi məhdudlaşdırılıb

Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Konfrans Liqasının pley-off mərhələsinin oyunu ilə əlaqədar stadionun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Bildirilib ki, xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin olunacaq. Müntəzəm […]

Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək

Sabah Sabirabad rayonunun 10 kəndində qaz təchizatı dayandırılacaq. Xəbər Experti xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən bildirilib. Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar avqustun 28-də saat 10:00-dan işlər yekunlaşanadək Sabirabad rayonunun Ulacalı, Bulduq, Ətçələr, Həşimxanlı, Axtaçı-Muğan, Güdəcühür, Qaratoğay, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb – SƏRƏNCAM

Sabah futbol klubuna 5 milyon manat ayrılıb – SƏRƏNCAM UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan “Sabah” futbol klubuna Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb. Xəbər Experti xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. […]

Hava Limanında sərnişində narkotik vasitə aşkarlanıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin və Heydər Əliyev Beynəlxalq Aeroportunun Aviasiya Təhlükəsizliyi xidmətinin əməkdaşları tərəfindən aparılan birgə nəzarət-yoxlama tədbirləri nəticəsində narkotık vasitə aşkar edilib. Xəbər Experti bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Belə ki, Bakı-Tiflis aviareysi ilə gedən Azərbaycan vətəndaşının üzərində aparılan yoxlama zamanı gömrük nəzarətindən gizlədilən kustar üsulla hazırlanmış, ümumi təmiz çəkisi […]

Sabah ilin son Ay tutulması baş verəcək

Avqust ayının 28-də ilin son tutulma hadisəsi baş verəcək. Bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, bu tutulma Qismən Ay tutulması olacaq. Yəni Yerin Kölgəsi Ayı tamamilə örtməyəcək. Belə ki, qismən Ay tutulması Ay Yerlə Ayın orbitinin kəsişmə nöqtəsinə tam düşmədiyi halda baş verir. Ayın orbit müstəvisi Yerin orbit müstəvisi ilə […]

“Farmaniya.com” məhkəməsində yeni dalğa: Zərərçəkənlər Hüseyn Quliyevin vaxtından əvvəl azadlığa buraxılacağı xəbərinə etiraz edirlər

Onlayn piramida sxemi üzrə həyata keçirilən “Farmaniya.com” dələduzluğu işi üzrə zərər çəkmiş şəxslər ciddi narazılıq və təşviş içindədirlər. Narazılığa səbəb layihənin idarəetmə panelinin inzibatçısı (admini) Hüseyn Quliyevin cəzasının yüngülləşdirilərək vaxtından əvvəl həbsdən buraxılacağı ilə bağlı yayılan iddialardır. Zərərçəkən vətəndaşların sözlərinə görə, onlar məhkəmədən təqsirləndirilən şəxsə verilən cəzanın daha da ağırlaşdırılmasını gözlədikləri bir məqamda, onun tam […]

BDU Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatlara qoşulub

Bakı Dövlət Universitetinin (BDU) Arxeologiya Tədris-Tədqiqat Mərkəzi Cənubi Qafqazın ən mühüm paleolit abidəsi olan Azıx mağarasındakı beynəlxalq layihədə iştirak edir. BDU-dan bildirilib ki, 2024-cü ildən AMEA və Almaniyanın Leybnits Arxeologiya Mərkəzi (LEIZA) tərəfindən başladılan tədqiqatlara Portuqaliya, Danimarka, Polşa və Norveç universitetlərinin alimləri də cəlb olunub. BDU mərkəzinin direktoru Aslan Qasımov layihənin ilk mövsümündən qazıntı sahələrində […]

Yaponiyada 400 tonluq nəhəng qala iplərlə geri çəkilir

Yaponiyanın Aomori bölgəsi əlamətdar bir hadisəyə şahid olur. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, 2015-ci ildə təmir üçün köçürülən 400 ton ağırlığında olan milli irs obyekti – Hirosaki qalası lotereya ilə seçilən mindən çox insan tərəfindən iplərlə geri çəkilərək əvvəlki yerinə qaytarılır. Nəhəng bir platformada yerləşən qalanın bu ilin sonuna qədər ümumilikdə təxminən 78 metr […]