Laçında Azərbaycanla Ermənistan arasında elektrik enerjisinin idxalı və ixracı imkanları müzakirə edilib

Avqustun 25-də Laçın şəhərində Azərbaycanın Energetika Nazirliyinin və “Azərenerji” ASC-nin, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və “Elektrik Enerjisi Sisteminin Operatoru” şirkətinin nümayəndələrinin işgüzar görüşü keçirilib. Nazirlər Kabinetindən bildirilib ki, görüşdə tərəflər iki ölkə arasında elektrik enerjisinin idxalı və ixracı imkanlarını, eləcə də bu məqsədlə iki ölkənin enerji infrastrukturlarının dövlət sərhədində əlaqələndirilməsinin mümkün variantlarını müzakirə […]

“Sabah”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək

Bu axşam “Sabah”ın UEFA Çempionlar Liqasında “Hapoel”ə (İsrail, Beer-Şeva) qarşı Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi pley-off oyunu ilə əlaqədar Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək. Xəbər Experti xəbər verir ki, bu haqda “Bakı Metropoliteni” QSC məlumat yayıb Bildirilib ki, matç penaltilər seriyasına qədər davam edərsə, metropolitenin iş saatı uzadılacaq. Belə ki, stansiyalar gecə saat 01:00-a […]

Bakıda mənzildə yanğın söndürülüb, 8 nəfər təxliyə edilib

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzildə baş vermiş […]

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 5, 6, 12 və 13 sentyabrda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək. Bu barədə ADY-dən məlumat verilib. Bu istiqamətlərə, eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur. Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” […]

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi olub.  Xəbər Experti xəbər verir ki, bu barədə Belarusun dövlət televiziya kanalı məlumat yayıb. Bildirilib ki, Belarusun Qomel bölgəsində baş tutan mübadilədə əsir götürülmüş 10 rus və 10 ukraynalı əsgər qarşılıqlı olaraq azad edilib. Mübadilə prosesi Belarus Prezidenti Aleksandr Lukaşenkonun tapşırığı ilə həyata keçirilib. Ukrayna Prezidenti Volodimir Zelenski […]

Çin və İordaniya Hörmüz vasitəsilə normal gəmiçiliyin bərpasına çağırıb

“Çin və İordaniya Hörmüz boğazı vasitəsilə normal gəmiçiliyin bərpasına və ABŞ ilə İran arasında atəşkəsin qorunub saxlanılmasına çağırıblar”.  Xəbər Experti xəbər verir ki, bu barədə İordaniya Kralı II Abdullahın Çinə səfərinin yekunlarına dair iki ölkənin birgə bəyanatda bildirilib. “Hörmüz boğazı malların və enerji resurslarının beynəlxalq ticarəti üçün mühüm marşrutdur və boğaz vasitəsilə normal gəmiçiliyin bərpası […]

O top 3,35 milyon dollara satıldı

1986-cı il dünya çempionatının 1/4 finalında Argentina ilə İngiltərə arasında keçirilən oyunda (2:1) Dieqo Maradonanın “Tanrının əli” qolunu vurduğu futbol topu hərracda 3,35 milyon dollara satılıb. Xəbər Experti xəbər verir ki, bu barədə “Goal” məlumat yayıb. Artefakt avqustun 22-də “Heritage Auctions” hərracında satışa çıxarılıb. Lotun ilkin qiyməti 2,5 milyon dollar olub. Maradona bu topla mübahisəli […]

Qəzzada ölənlərin sayı artır

Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları açıqlayıb. Xəbər Experti xəbər verir ki, son 24 saat ərzində 1 mülki şəxs həlak olub, 5 nəfər isə yaralanıb. Bununla da 10 oktyabr 2025-ci ildən, atəşkəs başlayandan etibarən ümumilikdə 1286 nəfər həlak olub, 4257 nəfər isə yaralanıb. Ümumilikdə isə 2023-cü il oktyabrın 7-dən […]

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 28-dən aparılacaq

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. DİM-dən verilən xəbərə görə, abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Bildirilib ki, orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının […]

İnterpol xətti ilə axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya ediləcək

Dələduzluqda ittiham edilən şəxs Ukraynadan Azərbaycana ekstradisiya ediləcək. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Baş Prokurorluğunun Ukraynanın Baş Prokurorluğuna müraciəti, beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdim edilməsi və aparılmış danışıqlar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Seymur Salah oğlu Salahzadənin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Belə ki, Azərbaycan Daxili […]