#Xarici Siyasət

Azərbaycan Nepal–Çin sərhədindəki daşqın nəticəsində ölən şəxslərlə bağlı başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Nepal–Çin sərhəd bölgəsində baş verən dağıdıcı daşqın və torpaq sürüşmələri ilə əlaqədar başsağlığı verib.

Xəbər Experti xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

Nazirlik təbii fəlakət nəticəsində insanların həyatını itirməsi və genişmiqyaslı dağıntıların baş verməsindən dərin kədər hissi keçirdiyini bildirib. Həyatını itirənlərin ailə və yaxınlarına başsağlığı verilib, yaralananlara tezliklə sağalmaları arzulanıb.

Azərbaycan XİN, həmçinin davam edən axtarış-xilasetmə əməliyyatlarının itkin düşən şəxslərin sağ-salamat tapılması ilə nəticələnəcəyinə ümid etdiyini açıqlayıb.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir