Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək
Azərbaycanda avqustun 29-da havanın 36 dərəcə isti olacağı gözlənilir. Xəbər Experti xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-25° isti, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil […]








