Qobustan qəsəbəsində yeni körpünün tikintisinə dair son vəziyyət açıqlanıb

Bakı-Ələt-Qazax–Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 55-ci km-də, paytaxtın Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yeni körpünün dayaqlarının inşası başa çatdırılıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. Məlumata görə, hazırda aşırım tirlərinin quraşdırılması işləri aparılır. Tikinti işlərinin yaxın müddətdə yekunlaşdırılması ilə ərazidə rahat və təhlükəsiz gediş-gəliş təmin olunacaq. Bundan əvvəl yolun Bakı istiqamətində […]

Sabah hava necə olacaq?

Avqustun 30-da gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz […]

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Gəncədə yanğın-taktiki təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti “SOCAR Petroleum” QSC-nin Gəncə şəhərində yerləşən 6 saylı Gəncə Neft Baza Sahəsində “Neft məhsulları saxlanılan çənlərdə yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirib. Bu barədə FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd yüksək yanma qrupuna aid məhsulların emal edildiyi strateji əhəmiyyət kəsb edən obyektlərdə yanğın […]

Dələduzluğa görə axtarışda olan 11 nəfər istintaqa təhvil verilib

Azərbaycanda avqustun 28-də əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə ki, ötən gün polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 16 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bakı İstintaq Təcridxanasına qadağan olunmuş əşyanın keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına qadağan olunmuş əşyanın keçirilməsinin qarşısı alınıb. Ədliyyə Nazirliyindən verilən məlumata görə, Bakı İstintaq Təcridxanasında həbs edilmiş şəxs üçün tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən bir cüt ayaqqabının içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd mobil telefon və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilib. […]

DTX-nin “Bilgəh” İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüşü təşkil edilib

Avqustun 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Bilgəh” İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə ənənəvi görüş keçirilib. DTX-nin Mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə qonaqlar mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub, DTX əməkdaşlarının övladlarının rəsmlərindən ibarət sərgiyə tamaşa ediblər. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad […]

Lisey və gimnaziyalarda şagird qəbulu üzrə seçimlərin II mərhələsi başlayıb

2026-2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada şagird qəbulu həyata keçirilən lisey və gimnaziyalarda seçimlərin II mərhələsinə başlanılıb. Təhsil İnsitutundan bildirilib ki, mərhələ I seçimdən sonra boş qalan plan yerləri üzrə aparılır. Şagirdlər seçimlərini şəxsi kabinetlərində “İmtahanlar” bölməsinin “Lisey seçimi” hissəsi vasitəsilə həyata keçirə bilərlər. Namizədlər II mərhələdə ən çoxu iki lisey və ya gimnaziya seçə […]

Polşa səfiri XİN-ə çağırılıb, etiraz notası təqdim edilib

Polşa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski Xarici İşlər Nazirliyinə çağırılıb. XİN-dən verilən xəbərə görə, görüş zamanı, 26 avqust 2026-cı il tarixində Polşanın ictimai yayım orqanı olan TVP-nin (TVP World) “Eastern Express” verilişində Azərbaycan əleyhinə yayımlanmış süjetdə Azərbaycan dövlətinə və ölkə rəhbərliyinə qarşı yönəlmiş qərəzli, qeyri-obyektiv və tamamilə qəbuledilməz iddiaların yer alması, […]

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” – Mirziyoyev

“Siyasi iradənin nəticəsində Özbəkistan dünyaya daha açıq ölkəyə çevrilib, sərhəd məsələləri həll olunub, qonşu ölkələrlə dostluq və əməkdaşlıq əlaqələri möhkəmlənib”. Xəbər Experti xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkənin Müstəqilliyinin 35 illiyinə həsr olunmuş təntənəli tədbirdə bildirib. O deyib ki, valyuta, vergi, gömrük və investisiya siyasətində köklü dəyişikliklər həyata keçirilib. Nəticədə ölkənin […]

Emin Əmrullayev Xankəndi şəhərində vətəndaş qəbulu keçirib

Avqustun 28-də elm və təhsil naziri Emin Əmrullayev Xankəndi şəhərində vətəndaş qəbulu keçirib. Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, qəbulda Xankəndi, Xocalı və Ağdərə sakinləri iştirak ediblər. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.