#Dünya

Yaponiyada 400 tonluq nəhəng qala iplərlə geri çəkilir

Yaponiyanın Aomori bölgəsi əlamətdar bir hadisəyə şahid olur.

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, 2015-ci ildə təmir üçün köçürülən 400 ton ağırlığında olan milli irs obyekti – Hirosaki qalası lotereya ilə seçilən mindən çox insan tərəfindən iplərlə geri çəkilərək əvvəlki yerinə qaytarılır.

Nəhəng bir platformada yerləşən qalanın bu ilin sonuna qədər ümumilikdə təxminən 78 metr köçürülməsi və tamamilə əvvəlki yerinə qoyulması planlaşdırılır.

Məqsəd avqustun sonuna qədər keçiriləcək oxşar tədbirlərdə ümumilikdə 4100 nəfərin iştirak etməsi və qalanın yalnız insan gücü ilə cəmi 5 metr köçürülməsidir.

Qalan təxminən 73 metrin tikinti texnikası ilə tamamlanması gözlənilir.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir