UEFA-dan penaltilərlə bağlı yeni qərar

UEFA Çempionlar Liqasında yaşanan mübahisəli epizodlardan sonra hakimlərə yeni göstəriş verib. Xəbər Experti xəbər verir ki, “Mundo Deportivo” nəşrinin məlumatına görə, bundan sonra oyun zamanı müdafiə olunan komandanın cərimə meydançasında futbolçu topa əllə toxunduğu bütün hallarda penalti təyin olunmalıdır. UEFA bu qaydanın şərhə açıq olmadığını vurğulayıb. Qərarın 2025/2026 mövsümündə “Barselona” – “Atletiko” matçında Mark Pubillin […]

Bakıda “Masters” kateqoriyası üzrə Federasiya Kuboku keçiriləcək

Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birgə təşkilatçılığı ilə “Masters” kateqoriyası üzrə Federasiya Kuboku keçiriləcək. Xəbər Experti AzVİF-ə istinadən xəbər verir ki, yaşı 35-dən yuxarı olan həvəskar velosipedçilər qrup ötüşməsində qüvvələrini sınayacaqlar. 35-49 yaş kateqoriyasında olan kişi velosipedçilər 34 km, 50+ yaş kateqoriyasındakı idmançılar isə 25 km məsafəyə yarışacaqlar. […]

Sabah hava necə olacaq?

Avqustun 2-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən […]

“Trabzonspor”dan Salaha 17 milyon avroluq təklif

Türkiyənin “Trabzonspor” klubu misirli ulduz futbolçu Məhəmməd Salahı heyətinə qatmaq üçün ciddi addım atıb. Xəbər Experti xəbər verir ki, bu barədə türkiyəli jurnalist Yağız Sabuncuoğlu məlumat yayıb. Onun iddiasına görə, Trabzon təmsilçisi misirli futbolçunun nümayəndəsi ilə görüş keçirərək rəsmi təklifini təqdim edib. Məlumata əsasən, “Trabzonspor” 34 yaşlı hücumçuya illik 17 milyon avro maaş və 2 […]

Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib

Paytaxtın Binəqədi rayonunda talama cinayəti qeydə alınıb. Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, zərərçəkən idarə etdiyi “KİA” markalı avtomobildə müştəri kimi əyləşmiş naməlum şəxsin onu kəsici-deşici alətlə hədələyərək pul vəsaitini ələ keçirdiyi barədə polisə müraciət edib. Polis əməkdaşlarının keçirdikləri tədbirlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı T.Binyətov müəyyən […]

Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək –

Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi sabah saat 11-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Mərhum Xalq şairi mərasimdən sonra saat 13-də I Fəxri xiyabanda dəfn ediləcək. *** Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata […]

De Bleker AFFA-dan getdi

Belçikalı FİFA referisi Frank De Blekerin AFFA-dakı fəaliyyəti başa çatıb. Xəbər Experti xəbər verir ki, bu haqda qurumun saytı məlumat yayıb. 2024-cü ilin iyul ayında AFFA Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunan Frank De Bleker 2025-ci ilin noyabrından etibarən AFFA-da Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri vəzifəsini icra edib. AFFA-nın yaydığı məlumatda […]

Bilgəhdə dənizdə bir nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Daçnik” adlanan və ən yaxın sularda xilasetmə məntəqəsindən 2km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. […]

Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib. Xəbər Experti paylaşımı təqdim edir: “Nəriman Həsənzadə dünyasını dəyişdi. Onun xatirəsi yalnız böyük Ustad, Xalq şairi kimi deyil, hər şeydən əvvəl nurlu, mehriban, qayğıkeş, səmimi, sözün əsl mənasında Böyük İnsan kimi daim qəlbimdə yaşayacaq. Allah rəhmət eləsin”.

Sumqayıtda yanğın olub – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Şəhid Şəhriyar Quiyev küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirliyin Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 70kv.m. olan […]