Ötən gün polis əməkdaşları tərəfindən silah-sursat aşkarlanıb

Polis tərəfindən oktyabrın 30-da paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 1 tüfəng, 1 patron darağı və 238 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

FHN-nin Bakı Regional Mərkəzi mülki müdafiə məşqləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə “Abşeron” Əməliyyat Şirkətində və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda obyekt mülki müdafiə məşqləri keçirilib. Bu barədə FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, məşqlərin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin […]

Yağ bazarında bahalaşma

Xəbər Experti 525-ci qəzetə istinadən xəbər verir ki,Son aylarda yağların qiymətində artım müşahidə olunur. Həm kərə, həm də duru yağlar bahalaşıb. Ekspertlər bahalamanı Azərbaycanın bu məhsullar üzrə idxaldan asılı olması ilə izah edirlər. Xarici bazarlarda qiymətlərin dəyişməsi, logistika xərclərinin artması Azərbaycana da təsir göstərir. Azərbaycanda bu məhsulların yerli istehsalı çox aşağı səviyyədədir. Son həftələrdə neftin […]

Pakistanda sərnişin avtobusu dərəyə aşıb – 5 nəfər həlak olub​​​​​​​

Pakistanın Pəncab əyalətinin Hafizabad bölgəsində ağır yol qəzası baş verib. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, sərnişin avtobusu yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində 5 nəfər ölüb, 27 nəfər yaralanıb. Raivinddən Çiniota gedən avtobusun yüksək sürət səbəbindən qəzaya uğradığı ehtimal olunur.

Ötən gün 39 cinayətin açılması təmin olunub

Oktyabrın 29-da ölkə ərazisində qeydə alınan 39 cinayətin açılması polis tərəfindən təmin edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 97, o cümlədən borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan […]

Səudiyyənin müdafiə naziri NATO-nun baş katibi ilə regional təhlükəsizliyi müzakirə edib

Səudiyyə Ərəbistanının müdafiə naziri, şahzadə Xalid bin Salman NATO-nun baş katibi Mark Rütte ilə telefon danışığı aparıb.  Xəbər Experti xəbər verir ki, tərəflər hərbi və müdafiə sahələrində əməkdaşlığı, eləcə də regionda davam edən hadisələrə cavab olaraq səylərin əlaqələndirilməsini müzakirə ediblər. Telefon danışığı zamanı tərəflər regiondakı mövcud vəziyyətlə bağlı birgə koordinasiya məsələlərini nəzərdən keçirib, regional və […]

ABŞ ilk dəfə Laayunda konsulluq xidmətləri göstərəcək

ABŞ noyabr ayında ilk dəfə olaraq Mərakeşin cənub əyalətlərindən biri olan Laayun şəhərində konsulluq xidmətləri göstərəcək.  Xəbər Experti bu barədə xarici mediaya istinadən xəbər verir. Qeyd edilib ki, bu addım Vaşinqtonun dörd şəhəri əhatə edən səyyar xidmət proqramı çərçivəsində regiondakı inzibati fəaliyyətinin genişləndirilməsinin tərkib hissəsidir. ABŞ-ın Kasablankadakı Baş Konsulluğunun məlumatına görə, Amerika Vətəndaşlarına Xidmət Bölməsi […]

Anar Əliyev Şuşada sakinləri qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Şuşa şəhərində Şuşa və Xocavənd rayonlarının sakinlərini qəbul edib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, pensiya və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailəsi üzvü və müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada […]

Rəyasət Heyətinin Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması qərarı təsdiq edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması ilə bağlı qərarı Ümumi Yığıncaqda təsdiqlənib. Xəbər Experti xəbər verir ki, bir neçə gün əvvəl AMEA Rəyasət Heyəti Ramiz Mehdiyevin Akademiyanın üzvlüyündən çıxarılması barədə qəbul olunub. Xatırladaq ki, Ramiz Mehdiyev barəsində ötən il Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), […]

U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib

Bakıda futbol üzrə dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib. Xəbər Experti xəbər verir ki, Bakı Kristal Zalında təşkil olunan tədbir bədii proqramla başlayıb. Milli geyimli rəqqaslar müxtəlif kompozisiyalarla çıxış ediblər. Həmçinin çoxsaylı ifaçıların iştirakı ilə kütləvi rəqs nömrələri və səhnə performansları nümayiş olunub. Qeyd edək ki, ilk dəfə keçirilən turnir FIFA-ya üzv 189 milli […]