Yunanıstanda miqrant gəmisi batıb – 1 ölü, 25 itkin
Yunanıstanın Krit adasının cənubundakı Qavda adası sahillərində 77 qanunsuz miqrantı daşıyan qayıq batıb. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, 25 nəfər isə itkin düşüb. Yunanıstan mediası qəzadan 51 nəfərin xilas edildiyini yazıb.








