Xətai rayonunda 3 ünvanda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunur

Təmir işləri ilə əlaqədar paytaxtın Xətai rayonunda 3 ünvanda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunur. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Qeyd edilib ki, Abdulla Rəhimov, İlqar Abbasov və Həzi Aslanov küçələrindəki məhdudiyyətlər təmir işləri başa çatanadək qüvvədə olacaq. Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri, təmir aparılan ərazilərdə diqqətli […]

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Zaqatala şəhərində yerləşən Zaqatala Rayon Mərkəzi Xəstəxanasında “Səhiyyə müəssisələrində mümkün yanğınlar zamanı yanğın-xilasetmə əməliyyatının təşkili” mövzusunda yanğın-taktiki təlim keçirib. Nazirliyin Mətbuat xidmətindən verilən xəbərə görə, təlimin keçirilməsində əsas məqsəd səhiyyə müəssisələrində mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub. Təlim zamanı şərti yanğınla əlaqədar “həyəcan” […]

Azəbaycan neftinin qiyməti 120 dolları ötüb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Xəbər Experti xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,48 dollar və ya 0,4% artaraq 120,02 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 119,54 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin […]

34 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb –  DİN

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam edir. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 34 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb. Bundan başqa, 5342 ədəd metadon həbi də aşkar olunaraq götürülüb.

Sabah hava necə olacaq?

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-21° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gcə 70-75 %, gündüz 45-50 […]

Azərbaycanda ötən gün 9 odlu silah aşkarlanıb

Polis əməkdaşları sentyabrın 11-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 odlu silah aşkarlayıblar. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2 avtomat silahı, 7 tüfəng, 2 patron darağı və 10 ədəd müxtəlif çaplı patron aşkar edİlərək götürülüb.

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci sinfinə üzrlü səbəbdən gecikən uşaqlar üçün boş qalan yerlərə məktəb və müəllim seçimi prosesi başlayacaq. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilir. Bildirilib ki, proses 30 sentyabr saat 15:00-dək davam edəcək. Qeyd olunan tarixədək övladları üçün mektebeqebul.edu.az portalında sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə […]

Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib

Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü 15 gün inzibati qaydada həbs edilib. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüsü Şamil Qasımov saxlanılıb. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq […]

Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi

“Fiorentina”nın futbolçusu Franko Mastantuono Lionel Messiyə məxsus rekordu yeniləyib.? Xəbər Experti xəbər verir ki, 19 yaşlı argentinalı A Seriyasının 4-cü turunda “Venesiya” ilə matçda het-trik edib. Qarşılaşma “Fiorentina”nın 4:2 hesablı qələbəsi ilə başa çatıb. Mastantuono Avropanın “Böyük beşlik” ölkələrinin liqalarında bir oyunda 3 qol vuran ən gənc argentinalı futbolçu olub. O, bu nailiyyətə 19 yaş […]

Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur, canlanır

Kəlbəcər yenidən qurulur, canlanır və ölkəmizin, hətta dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. Xəbər Experti “Report”-a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu barədə Kəlbəcər rayonunda İkinci Bal Festivalında çıxışında deyib. “Doğma Kəlbəcərimizdə olmaq bizim hər birimiz üçün bu günlərdə böyük qürur hissidir. Mən 1993-cü […]