Azərbaycan cüdoçusu Avropa çempionu oldu

İtaliyanın Neapol şəhərində keçirilən cüdo üzrə U-23 Avropa çempionatında Azərbaycan millisinin üzvü İslam Rəhimov qızıl medal qazanıb. Xəbər Experti xəbər verir ki, -66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz ardıcıl olaraq Kristian Butuçini (Xorvatiya), Aleksi Renarı (Fransa) və yarımfinalda Qaqik Martirosyanı (Ukrayna) məğlub edərək finala yüksəlib. Həlledici görüşdə Rəhimov Niderland təmsilçisi Yoxem van Hartenə ipponla […]

Əli Əsədov və İrakli Kobaxidze Gürcüstanda hotel açılışında iştirak ediblər

Azərbaycanın Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze oktyabrın 30-da Tbilisi şəhərinin mərkəzində Kür çayının sahilində yerləşən, PASHA Real Estate Group tərəfindən inşa edilmiş 5 ulduzlu “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, müasir memarlıq üslubunda inşa olunan və ümumi sahəsi 1 hektar olan […]

Azərbaycan güləşçisi dünya çempionatının finalında

Qazaxıstanın paytaxtı Astanada güləş üzrə dünya çempionatı davam edir. Xəbər Experti xəbər verir ki, yarışın yeddinci günündə sərbəst güləş üzrə 61, 70, 86 və 125 kq-da finalçılar bəlli olub. Nürəddin Novruzov (61 kq) qazaxıstanlı Assil Aytəkinlə 1/8 final görüşündə son saniyədə rəqibinə xal verərək minimal fərqlə məğlub olub – 4:5. Kənan Heybətov (70 kq) ukraynalı […]

Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib. Xəbər Experti xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandaları üz-üzə gəliblər. Rəqibini 3:0 hesabı ilə məğlub edən İspaniya millisi FIFA U-15 ilk dünya çempionatı və festivalının qalibi olub. Dövlətimizin başçısı qaliblərin mükafatlandırılması mərasimində iştirak […]

Amerikalı üzgüçüdən dünya rekordu

ABŞ-li üzgüçü Van Matias  brass üsulu ilə 100 metr məsafədə dünya rekordu vurub. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Su İdmanı Oyunları Federasiyası məlumat yayıb. Rekord Uestmont şəhərində seçmə mərhələ zamanı qeydə alınıb. Matias 55,14 saniyə nəticə ilə əvvəlki rekordu 0,14 saniyə yaxşılaşdırıb. Xatırladaq ki, əvvəlki rekord belaruslu İlya Şimanoviçə […]

Fransada etirazlar başlayandan mindən çox polis xəsarət alıb 

Fransada etirazlar başlayandan bu günə kimi 1193 polis əməkdaşı xəsarət alıb. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Loren Nunyes bildirib. Nazirin sözlərinə görə xəsarətlərin çoxu yüngül olsa da, bir neçə halda polislər ağır zədələrlə xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, oktyabrın 19-da Loran Nunyes etirazlar fonunda istefa versə […]

Milli Məclisin növbəti plenar iclası noyabrın 3-də keçiriləcək

Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası noyabrın 3-də keçiriləcək. Xəbər Experti xəbər verir ki, bu barədə parlamentin sədri Sahibə Qafarova sessiyanın bugünkü – ilk iclasının yekununda məlumat verib. Spiker qeyd edib ki, plenar iclasın gündəliyi haqqında əlavə məlumat veriləcək.

Hindistanda qasığra səbəbindən ölənlərin sayı 6-ya çatıb

Hindistanda qasırğa səbəbindən ölənlərin sayı artıb.  Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, Andhra Pradeş ştatında qasırğa səbəbindən ölənlərin sayı 6-ya çatıb. Qasırğa çoxsaylı ağacların və elektrik dirəklərinin yıxılmasına səbəb olub, onlarla evə ziyan vurub. Ştatın Baş naziri Çandrababu Naydu qasırğa səbəbindən ən azı 15 min elektrik dirəyinin zədələndiyini bildirib.

BMT-də Mərakeş Saharasına dair tarixi qətnaməni dəstəkləyən sənəd qəbul edilib

BMT Baş Assambleyasının Dördüncü Komitəsi Mərakeş Saharası ilə bağlı illik qətnamə qəbul edib.  Xəbər Experti Mərakeş mediasına istinadən xəbər verir ki, sənədin lehinə 152 ölkə səs verib, iki ölkə əleyhinə çıxıb, yeddi ölkə isə bitərəq qalıb. Komitənin seneqallı sədri tərəfindən təqdim olunan qətnamə layihəsi 2006-cı ildən formalaşmış konsensus ənənəsinə uyğun olaraq, adətən səsvermə keçirilmədən qəbul […]

Leysan Məmmədov vəzifəsindən azad edildi

Ağdam,Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. Xəbər Experti Azərbaycan 24-ə istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədov bu vəzifəyə ötən ilin yanvarında təyin olunmuşdu. Xatırladaq ki, Leysan Məmmədov 14 fevral 2022-ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci […]