Bu il Azərbaycan neftinin orta qiyməti 94 dolları ötüb

2026-cı ilin ilk 6 ayında Azərbaycanın reallaşmış neftinin orta qiyməti 94,5 ABŞ dolları/barel təşkil edib. Xəbər Experti xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə bildirib. Onun sözlərinə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 33% artıb. AMB rəsmisi qeyd edib ki, hesabat […]

“Sabah” “Şəfa”ya qalib gəldi

Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulub. Xəbər Experti xəbər verir ki, 4-cü oyun günündə 1 matç keçirilib. Debütant “Şəfa” son çempion “Sabah”ı qəbul edib. Görüş “Sabah”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. 14 sentyabr (bazar ertəsi) 19:00. “Şəfa” – “Sabah” – 0:3  Qol: Patrik Mbina, 25, Abdulax Xaybulaev, 30, Velko Simiç, 69Hakimlər: […]

“Ukrayna Rusiyanın enerji hədəflərinə zərbə endirməyəcək” – Tramp 

Ukrayna Rusiyanın enerji hədəflərinə zərbə endirməyəcək.  Xəbər Experti xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial media hesabında etdiyi paylaşımda bildirib. Tramp həmçinin dünyada dizel yanacağının qiymətlərinin artmasının əsas səbəbinin Rusiya-Ukrayna müharibəsi olduğunu vurğulayıb. “Ukrayna Rusiyanın enerji hədəflərinə zərbə endirməməyə razılıq verib. Rusiya da həmçinin. Dünyada dizel yanacağının qiymətlərinin artmasının əsas səbəbi İran […]

Xətaidə yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı araşdırma aparılır

Sentyabrın 13-də Bakı şəhərinin Xətai rayonunda yetkinlik yaşına çatmayan şəxsin ölməsi ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. İlkin araşdırma zamanı yeniyetmənin həyatına son qoymaq məqsədilə hündürmərtəbəli binadan özünü atdığı müəyyən edilib. Hazırkı vaxtadək keçirilən prosessual hərəkətlər nəticəsində yeniyetmənin “Roblox” oyun platformasında qarşılaşdığı, onun psixoloji vəziyyətinə mənfi təsir göstərən zərərli […]

“Neftçi” onunla yolları ayırdı

“Neftçi” futbolçusu Elvin Camalov ilə yolları ayırıb. Xəbər Experti xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.  Qeyd edək ki, 2025-ci ilin yanvarında “Neftçi”yə transfer olunan Elvin bu müddətdə komandanın heyətində 29 rəsmi oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

İndoneziyada Semeru vulkanı yenidən püskürüb

İndoneziyanının ən aktiv vulkanlarından biri olan Semeruda ardıcıl üç püskürmə baş verib. Xəbər Experti xəbər verir ki, bu barədə “Jakarta Globe” qəzeti yazıb. Bildirilib ki, şərqi Yavada Lumajanq və Malanq bölgələrinin sərhədində yerləşən Semeru Vulkanı yenidən aktivləşib. İndoneziya Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyi (BNPB) vulkanın üç dəfə püskürdüyünü və 800-1000 metr hündürlüyə kül püskürdüyünü açıqlayıb. Bəyanatda vulkanik […]

Cənubi Afrikada Respublikasında ağır yol qəzası – 21 ölü

Cənubi Afrikanın Qərbi Keyp əyalətindəki N1 magistralında ağır yol qəzası baş verib.  Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, qəzada iki sərnişin mikroavtobusu və bir avtomobil toqquşub. Nəticədə 21 nəfər həlak olub, 3 nəfər isə ağır yaralanıb. Yol hər iki istiqamətdə nəqliyyatın hərəkəti üçün bağlanıb.

Liviyada təyyarə uçuş zolağından çıxdı – uçuşlar təxirə salındı

Liviyada şəxsi təyyarə Misrata hava limanına eniş edərkən uçuş-enmə zolağından çıxıb. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində təyyarədə yanğın baş verib. Təyyarə heyəti hadisədən xəsarət almadan xilas olub. Müvafiq orqanların hadisəyə müdaxilə etmək, yanğını nəzarətdə saxlamaq və hava limanında uçuşların və naviqasiya təhlükəsizliyinin bərpasını təmin etmək üçün səylərini davam etdirdiyi bildirilib. […]

Sabahdan Bakıda avtobusların sayı rekord həddə çatdırılır – AYNA

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tədris mövsümünün başlaması ilə əlaqədar Bakı şəhərində sərnişindaşıma imkanlarının artırılması istiqamətində tədbirləri genişləndirir. Nəticədə sabahdan paytaxtda marşrut xətlərinə cəlb edilən avtobusların sayı rekord həddə – 2530-ə çatdırılır. AYNA-dan verilən məlumata görə, qeyd olunan göstərici son illərin ən yüksək göstəricisidir. Belə ki, 2022-ci ilin sentyabrında Bakı şəhərində sərnişindaşıma üçün 1780 avtobus […]

Yunanıstanda miqrant gəmisi batıb – 1 ölü, 25 itkin

Yunanıstanın Krit adasının cənubundakı Qavda adası sahillərində 77 qanunsuz miqrantı daşıyan qayıq batıb. Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, 25 nəfər isə itkin düşüb. Yunanıstan mediası qəzadan 51 nəfərin xilas edildiyini yazıb.