Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. Xəbər Experti Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-ci ildə Azərbaycanda 1 milyon 79 min cüt ayaqqabı istehsal edilib […]

Meksika səfirliyi “Ölülər Günü”nü qeyd edib

Bakıda Meksika səfirliyi “Ölülər Günü” münasibətilə tədbir keçirib. Xəbər Experti xəbər verir ki, tədbirdə çıxış edən Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero bu gün barədə məlumat verib.  Diplomat deyib ki, Meksikada “Ölülər Günü” adətən noyabrın 1-də qeyd olunur: “Həmin gün biz dünyadan köçən əzizlərimizi yad edirik. Amma kədərli hissələrə qapılmırıq, yalnız ümidlə yaşayırıq. Yəni […]

Ali Məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə barədə qərar verib

Oktyabrın 30-da Ali Məhkəmənin Plenumunun növbəti iclası keçirilib. Bu barədə Ali Məhkəmədən məlumat verilib. Bildirilib ki, iclasda “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun qərar layihəsi […]

“Kəpəz”da ciddi itki

“Kəpəz” sabah Misli Premyer Liqasının 10-u turunda “İmişli”yə qarşı matça itki ilə çıxacaq.  Xəbər Experti klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisinin yarımmüdafiəçisi Azuma Abubakar zədə səbəbindən sabahkı oyunda iştirak edə bilməyəcək. Heyətdə digər zədəli və ya cəzalı futbolçu yoxdur.  Xatırladaq ki, “Kəpəz” – “İmişli” görüşü sabah saat 17:30-da Gəncə şəhər stadionunda start […]

Ötən gün axtarışda olan 129 nəfər tutulub

Ötən gün polis tərəfindən keçirilən əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 129, o cümlədən borclu şəxs qismində axtarışda olan 102 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtı açıqlanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”na uyğun olaraq, Dövlət İmtahan Mərkəzi (DİM) 2026-cı il noyabrın 8-dək doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili […]

Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. Xəbər Experti Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsul ehtiyatı olub. 2025-ci ildə Azərbaycanda 3,6 min kvadratmetr xalça və xalça məmulatları […]

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Noyabrın 1-də ölkə ərazisinin bəzi yerlərində magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq. Xəbər Experti xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 1-də ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000metrədək məhdudlaşacağı gözlənilir.

Ötən gün itkin düşən 10 nəfər tapılıb

Ötən gün itkin düşən 10 nəfər tapılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Oktyabrın 30-da polis tərəfindən keçirilən tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Sabahdan Bakı-Tbilisi-Bakı qatarında əlavə reyslərdə biletlərin qiyməti 36 AZN-dən başlayacaq

Azərbaycan Dəmir Yolları (ADY) beynəlxalq istiqamətdə artan sərnişin tələbatının qarşılanması və səyahət imkanlarının genişləndirilməsi məqsədilə sabahdan etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçirəcək. Xəbər Experti ADY-yə istinadən xəbər verir ki, reyslərin artırılması nəticəsində sərnişin yerlərinin sayı 386-dan 564-ə çatdırılır. Bu isə 50 faizə yaxın artım deməkdir. Yeni reyslərin istifadəyə verilməsi sayəsində sərnişinlər üçün […]